Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ M Ə L U M A T M Ə K T U B U
Yerləşdirilmə tarixi : 09 Oktyabr 2025 17:29
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ M Ə L U M A T M Ə K T U B U
 Hörmətli həmkarlar!
Sizi 13-14 noyabr 2025-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində keçiriləcək “Azərbaycan Respublikasında dövlət quruculuğu prosesi və aktual problemləri” mövzusunda Respublika elmi konfransında iştirak etməyə dəvət edirik.
Konfransda Azərbaycan Respublikasında dövlət quruculuğu prosesinin tarixi inkişaf mərhələlərinin, müasir idarəetmə mexanizmlərinin, hüquqi, siyasi, sosial-iqtisadi, mədəni və elmi sahələrdə həyata keçirilən islahatların elmi əsaslarla təhlili, dövlətçilik ideologiyasının formalaşmasına təsir göstərən amillərin öyrənilməsi, habelə konfrans iştirakçıları tərəfindən aparılmış elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsi və bu istiqamətdə geniş fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Konfransın bölmələri:
1. Azərbaycan dövlətçiliyi: tarix, təcrübə və müasir çağırışlar
2. Azərbaycan Respublikasının Konstitusiyası və hüquqi dövlət prinsipləri
3. Hüquqi dövlət və idarəetmədə müasir yanaşmalar
4. Azərbaycan Respublikasında dövlət quruculuğu
5. Müstəqillik dövründə dövlət idarəçiliyi, islahatlar və hüquqi dövlətin formalaşması problemləri
6. İnsan hüquqları və hüquqi dövlət
7. İqtisadiyyatın modernləşdirilməsi, sosial siyasət və dayanıqlı inkişaf strategiyaları
8. Milli təhlükəsizlik, müdafiə siyasəti və beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyi
9. Elm, təhsil, mədəniyyət və informasiya siyasətinin dövlət quruculuğundakı rolu
10. Qloballaşma dövründə Azərbaycan dövlətçiliyi: çağırışlar, perspektivlər və inkişaf prioritetləri
Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis, rus.
Konfransın formatı: əyani və ya onlayn – əlavə olaraq məlumat veriləcəkdir.
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
Kağızın ölçüsü – A4
Boş sahə – hər tərəfdən 2 sm
Şrift – Times New Roman
Şrift ölçüsü – 12 pt
Sətirarası interval – 1,15 sm
Abzas – 1,25 sm
Məqalənin adı – ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin adı, soyadı, atasının adı – ortadan, qalın şriflə
İş yeri, şəhər, ölkə – ortadan, kursivlə
E-poçt ünvanı – ortadan, kursivlə
Açar sözlər (5–7 söz)
Xülasə (60–80 söz) – Azərbaycan, ingilis, türk və rus dillərində
– məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi – 5 səhifəyə qədər
Ədəbiyyata istinadlar
Ədəbiyyat siyahısı – kvadrat mötərizədə
– əlifba sırası ilə
Konfransın materialları Plagiat.pl şirkətinə məxsus StrikePlagiarism.com antiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU.Konfrans materialları” toplusunda dərc olunaraq, https://www.ssu-conferenceproceedings.edu.az, https://www.sdu.edu.az saytlarında və eLibrary.ru məlumat bazasında yerləşdiriləcəkdir (beynəlxalq seriya nömrələri: İSSN 2708-955X print, İSSN 2709-6033 on-line).
Materiallar 28 oktyabr 2025-ci il tarixinədək konfrans.tarix@sdu.edu.az elektron poçtuna və ya əyani olaraq elektron daşıyıcılarda və çap olunmuş formada aşağıdakı ünvanda qəbul olunur: AZ5008. Sumqayıt şəh., 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti (I tədris korpusu), Tarix və coğrafiya fakültəsi, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrası (otaq 248).
İştirakçılara sertifikat təqdim olunacaqdır.
Bir müəllifdən yalnız bir məruzənin tezisi və ya məqaləsi qəbul olunur.
Təşkilat komitəsi tezislərin və məqalələrin konfransın proqramına daxil edilməsi hüququnu özündə saxlayır.
Məsul katib - prof. Şirxan Səlimov
Əlaqə telefonu: (+99455) 619 50 71
Təşkilat komitəsi
 
 
 
 
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az