12–13 noyabr tarixlərində keçiriləcək IFAD 2025 simpoziumu
maliyyə, mühasibatlıq, audit və rəqəmsallaşma sahələrindəki
mövcud problemlər, yeni tendensiyalar və qlobal çağırışların müzakirə olunduğu elmi-praktik platformadır.
Simpoziumun məqsədi:
• Qlobal iqtisadi çağırışların və həll yollarının paylaşılması;
• Akademik və peşəkar bilik mübadiləsi;
• Türk dünyası ölkələri arasında əməkdaşlığın, inteqrasiyanın və iqtisadi həmrəyliyin gücləndirilməsi.
Tədbirdə Türkiyə və digər türkdilli dövlətlərin 30-dan çox nüfuzlu universitetindən nümayəndələrin iştirakı gözlənilir.
Panel müzakirələrdə müasir maliyyə idarəetməsi, rəqəmsallaşma prosesləri, beynəlxalq standartların tətbiqi kimi mövzular diqqət mərkəzində olacaq.
12 noyabr – Sumqayıt Dövlət Universiteti (akt zalı)
13 noyabr – Xəzər Universiteti (Mərmər zalı)
Simpozium canlı və onlayn formatda keçiriləcək.
Təşkilatçılar:
Sumqayıt Dövlət Universiteti | Bursa Uludağ Universiteti | Xəzər Universiteti | Azərbaycan Respublikası Auditorlar Palatası | KOBİA | ASK | KGK (T.C.) | MÜSİAD Azərbaycan | İATM
Elmi fikir, təcrübə və yeniliklərin paylaşılacağı bu beynəlxalq platformanın bir parçası olun — birlikdə inkişaf edək.