ELAN
12-13 may 2026-cı il tarixlərində Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Magistrantların XXVI Respublika Elmi Konfransı” keçiriləcək.
Konfransda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistrantları tərəfindən əldə olunan elmi-tədqiqat nəticələrinin müzakirəsi və bununla bağlı geniş fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Konfransa təqdim edilən tezisləri təbiət və texnika, sosial və humanitar elmləri istiqamətləri üzrə qəbul olunur.
Bölmələr
- Fizika
- Riyaziyyat
- Mühəndislik
- Kimya
- Biologiya
- Coğrafiya
- Ekologiya
- Tarix
- İqtisadiyyat
- Filologiya
Qaydalar
Təqdim olunan tezislərdə aparılmış tədqiqatın nəticələri dəqiq göstərilməli və tətbiq sahələrinə dair təkliflər qeyd olunmalıdır. Əsaslandırılmış mühüm nəticə və təklifləri olan tezislərə üstünlük veriləcəkdir.
Konfransın işçi dilləri: Azərbaycan, ingilis, rus.
Konfransın formatı: əyani.
Bakı, Xırdalan və Sumqayıt şəhərləri istisna olmaqla, digər şəhərlərdə təhsil alan magistrantlar onlayn çıxış edə bilərlər. Bu haqda əlavə məlumat veriləcək.
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
|
Kağızın ölçüsü
|
– A4
|
|
Boş sahə
|
– hər tərəfdən 2 sm
|
|
Şrift
|
– Times New Roman
|
|
Şrift ölçüsü
|
– 12 pt
|
|
Düstur
|
– Microsoft Equation, ChemDraw
|
|
Sətirarası interval
|
– 1 sm
|
|
Abzas
|
– 1,25 sm
|
|
Məqalənin adı
|
– ortadan, böyük hərflərlə, qalın şriftlə
|
|
Müəllifin soyadı, adı, atasının adı
|
– ortadan, kursivlə, qalın şriftlə
|
|
Təhsil müəssisəsi, şəhər
|
– ortadan, kursivlə
|
|
E-poçt ünvanı
|
– ortadan, kursivlə
|
|
Bölmənin adı
|
|
|
Açar sözlər (5–7 söz)
|
– 10 pt, məqalənin yazıldığı dildə
|
|
Xülasə (60–80 söz)
|
– 10 pt, məqalənin yazıldığı dildə
|
|
Həcmi
|
– 3 səhifəyə qədər
|
|
Ədəbiyyata istinadlar
|
– kvadrat mötərizədə
|
Konfransın materialları Plagiat.pl şirkətinə məxsus StrikePlagiarism.com antiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU.Konfrans materialları” toplusunda dərc olunaraq, https://www.ssu-conferenceproceedings.edu.az, https://www.sdu.edu.az saytlarında yerləşdiriləcəkdir (beynəlxalq seriya nömrələri: İSSN 2708-955X print, İSSN 2709-6033 on-line).
Materiallar 06 aprel 2026‑cı il tarixinədək magistratura.konfrans@sdu.edu.az elektron poçtuna qəbul olunur.
Bir müəllifdən yalnız bir məruzənin tezisi qəbul olunur.
Tezisdə təqdim olunan məlumatlara görə müəllif məsuliyyət daşıyır.
Təşkilat komitəsi tezislərin konfransın proqramına daxil edilməsi hüququnu özündə saxlayır.
Konfransda əyani iştirak etməyən müəlliflərin məruzəsi və konfransın tələblərinə cavab verməyən materiallar topluda nəşr olunmayacaq.
Əlaqə nömrəsi: 018 642- 15-06 (əlavə 119)
Təşkilat komitəsi
Tezislərin tərtibat qaydaları (Nümunə)
Tezislərin tərtibat qaydaları
Bölmə: uyğun olan bölməni göstərməli
TEZİSİN ADI
Müəllifin soyadı, adı, ata adı
Təmsil etdiyi müəssisə, Şəhər
Açar sözlər: .... (5-7 söz)
Xülasə: Məqalənin mahiyyətinə dair qısa məlumat (60-80 simvol)
ƏSAS MƏTN
……………….
……………….
Ədəbiyyat
- ………..
- .............
- .............
(Nümunə)
Bölmə: Tarix
II QARABAĞ MÜHARİBƏSİNDƏN SONRA AZƏRBAYCANIN MÜDAFİƏ SİYASƏTİNDƏ YENİ YANAŞMALAR
Novruzlu Elmin Əliyar
Sumqayıt Dövlət Universiteti, Sumqayıt
Açar sözlər: müdafiə siyasəti, təhlükəsizlik, hərbi islahatlar, Qarabağ, ordu quruculuğu, regional sabitlik
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın müdafiə siyasətində köklü dəyişikliklər həyata keçirildi. Ənənəvi çağırış ordusu sistemi tədricən peşəkar bir modellə əvəz olundu və silahlı qüvvələrin daha çevik və səmərəli idarə olunmasını təmin etdi. Müasir hərbi texnologiyaların — xüsusilə pilotsuz uçuş aparatlarının (PUA), süni intellektə əsaslanan idarəetmə sistemlərinin və radioelektron mübarizə vasitələrinin tətbiqi Azərbaycanın hərbi üstünlüyünü xeyli gücləndirib. Yerli müdafiə sənayesinin inkişafı daxili istehsal yolu ilə ölkənin silah ehtiyaclarını ödəməyə imkan verdi. Eyni zamanda, azad edilmiş ərazilərdə hərbi-strateji infrastruktur yaradılmış, sərhədlərin təhlükəsizliyi möhkəmləndirilmiş və minalardan təmizləmə işləri aparılmışdır. Beynəlxalq Hərbi əməkdaşlıq genişlənib: Türkiyə, İsrail və Pakistan kimi ölkələrlə əlaqələr dərinləşib, birgə təlimlər və təcrübə mübadiləsi aparılır.
II Qarabağ müharibəsindən sonra Azərbaycanın müdafiə siyasətində köklü yeniliklər tətbiq edildi. Ənənəvi çağırışlı ordu sistemindən peşəkar ordu modelinə keçid həyata keçirildi, bu isə hərbi qüvvələrin daha çevik və effektiv idarə olunmasına şərait yaratdı. Müasir döyüş texnologiyalarının, xüsusilə pilotsuz uçuş aparatları (PUA), süni intellektə əsaslanan idarəetmə sistemləri və elektron müharibə vasitələrinin istifadəsi Azərbaycanın üstünlüyünü artırdı. Yerli müdafiə sənayesi inkişaf etdirilərək ölkənin silah ehtiyacları daxildən qarşılanmağa başlandı. Eyni zamanda, azad edilmiş ərazilərdə hərbi-strateji infrastrukturlar quruldu, sərhəd təhlükəsizliyi gücləndirildi və mina təmizləmə işləri aparıldı. Beynəlxalq əməkdaşlıq isə genişləndi; Türkiyə, İsrail və Pakistanla hərbi texniki sahədə əlaqələr dərinləşdi, birgə təlimlər və təcrübə mübadiləsi artırıldı.
1990-cı illərin başlanğıcında baş vermiş Qarabağ müharibəsi Azərbaycan torpaqlarının 20 faizinin itirilməsi ilə nəticələndi. O dövrdə Azərbaycan öz müstəqilliyini elan etsə də hakimiyyətdə olan insanların səriştəsizliyi vəziyyəti daha da kəskinləşdirdi. Xalqın ümid yeri olan ulu öndərin hakimiyyətə gəlməsi Azərbaycan və düşmən Ermənistan arasında atəşkəsin imzalanması ilə nəticələndi. Ulu öndər Azərbaycanın gələcək inkişafı üçün iqtisadi, ordu, siyasi sahələrdə islahatların həyata keçirilməsi istiqamətində tədbirlər planı hazırladı və Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə müqavilələr imzaladı. Qısa müddətdə Azərbaycanda daxili çəkişmələr və separatizm meylləri aradan qaldırıldı.
.......
.......
Ədəbiyyat
- Bayramov, T. “Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının yeni mərhələsi” // Cənubi Qafqazda Sülh və Təhlükəsizlik, –2023, №1, –s. 30–38.
- Əliyev, E. “Müasir dövrdə hərbi texnologiyaların inkişafı və Azərbaycanın müdafiə strategiyası” // Təhlükəsizlik və Müdafiə Araşdırmaları Jurnalı, –2021, №3, –s.55–63.
- Həsənli, C. Qarabağ müharibəsinin geosiyasi nəticələri /– Bakı: Qanun Nəşriyyatı. – 2021, –156 s.
- ……..
- ….....