Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Yerləşdirilmə tarixi : 06 Mart 2026 12:24
ELAN
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamını əsas tutaraq 15 aprel 2026-cı il tarixində Sumqayıt Dövlət Universitetində “Azərbaycanın qədim və müasir yaşayış məntəqələrinin şəhərsalma və memarlıq ənənələrinin tarixi, iqtisadı səmərəliyi və elmi-texniki əsasları” mövzusunda Respublika Elmi konfransı keçiriləcəkdir.
Konfransda Respublikamızda qədim və müasir dövrlərdə mövcud olan şəhər və kəndlərinin şəhərsalma və memarlıq ənənələrinin tarixi, iqtisadı səmərəliyi və elmi-texniki əsaslarına uyğun mühüm məsələlər üzərində müzakirələrin aparılması, yeni tədqiqatlar barədə məlumatların və əldə olunan nəticələrin paylaşılması nəzərdə tutulur.
Konfransa təqdim edilən tezislər sosial və humanitar, təbiət və texnika elmi istiqamətlər üzrə qəbul olunur. Təqdim olunan tezislərdə aparılmış tədqiqatın nəticələri dəqiq göstərilməli və tətbiq sahələrinə dair təkliflər qeyd olunmalıdır. Əsaslandırılmış mühüm nəticə və təklifləri olan tezislərə üstünlük veriləcək, seçilmiş tezislərin müəlliflərinə uyğun mövzuda məqalələrini SDU Elmi xəbərlər jurnalında dərc olunması təklif olunacaq.
Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis, rus
Konfransın formatı: əyani
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
Kağızın ölçüsü
– A4
Boş sahə
– hər tərəfdən 2 sm
Şrift
– Times New Roman
Şrift ölçüsü
– 12 pt
Düstur
– Microsoft Equation, ChemDraw
Sətirarası interval
– 1 sm
Abzas
– 1,25 sm
Məqalənin adı
– ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin soyadı, adı, atasının adı
– ortadan, kursivlə, qalın şriftlə
Təhsil müəssisəsi, şəhər
– ortadan, kursivlə
E-poçt ünvanı
– ortadan, kursivlə
Bölmənin adı
tezisin mətninin əvvəlində , solda
Açar sözlər (5–7 söz)
– Azərbaycan, ingilis və rus dillərində
Xülasə (60–130 söz)
– 10 pt, üç dildə
Həcmi
– 3 səhifəyə qədər
Ədəbiyyata istinadlar
– kvadrat mötərizədə
Konfransa təqdim olunan tezislər Plagiat.pl şirkətinə məxsus StrikePlagiarism.com antiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU.Konfrans materialları” toplusunda dərc olunaraq, https://www.ssu-conferenceproceedings.edu.az və https://www.sdu.edu.az saytlarında yerləşdiriləcəkdir (beynəlxalq seriya nömrələri: İSSN 2708-955X print, İSSN 2709-6033 on-line).
Materiallar 20 mart 2026‑cı il tarixinədək conferece2026@sdu.edu.az elektron poçtuna qəbul olunur.
Bir müəllifdən yalnız bir məruzənin tezisi qəbul olunur.
Məqalədə təqdim olunan məlumatlara görə müəllif məsuliyyət daşıyır.
Təşkilat komitəsi tezislərin konfransın proqramına daxil edilməsi hüququnu özündə saxlayır.
Konfransda əyani iştirak etməyən müəlliflərin məruzəsi və konfransın tələblərinə cavab verməyən materiallar topluda nəşr olunmayacaq.
Əlaqə nömrəsi: 018 642-15-06 (əlavə 119)
Təşkilat komitəsi
Tezislərin tərtibat qaydaları
Bölmə: (uyğun olan bölməni göstərməli)
TEZİSİN ADI
Müəllifin Soyadı, adı, atasının adı
Təmsil etdiyi müəssisə, Şəhər
e-mail
Açar sözlər: .... (5-7 söz)
Xülasə: Tezisin mahiyyətinə dair qısa məlumat (60-130 simvol)
ƏSAS MƏTN
……………….
……………….
Ədəbiyyat
............. .
............ .
............. .
Резюме
Название тезиса
Фамилия И.О.
Ключевые слова: ….. (5-7 слов)
Текст резюме …. (60-130 символов)
Summary
Title of the thesis
Last name and first name
Keywords: ..... (5-7 words)
Summary text ..... (60-130 symbol). 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az