Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
MƏLUMAT MƏKTUBU
Hörmətli həmkarlar!

Sizi 26-27 aprel 2018-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində keçiriləcək “Azərbaycan Xalq Cümhuriyyəti: təşəkkülü, fəaliyyəti, tarixi əhəmiyyəti” mövzusunda  Respublika elmi konfransına dəvət edirik.
Konfransa aşağıdakı bölmələr üzrə tezislər qəbul olunur:
1.Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlər sistemində
2.Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu və hərbi   əməliyyatlar
3.Azərbaycan Xalq Cümhuriyyətinin sosial-iqtisadi və mədəni siyasəti
Tezislərin tərtibinə aşağıdakı tələblər qoyulur:
1.Vərəqin ölçüsü  A4, Times New Roman 12 pt;  boş sahə hər tərəfdən – 2 sm; sətirarası interval – 1,5 sm; abzas – 1,25 sm.
2.Tezisin adı – ortada, qalın şriftlə, böyük hərflərlə;
3.Müəllifin soyadı, adı, ata adı, iş yeri kursivlə;
4.Tezisin mətni - 2  səhifə
Konfransın işçi dilləri: Аzərbaycan, rus.
İştirak forması: əyani, qiyabi.
Tezislər shirxanselimov.sdu@gmail.comelektron ünvanına və ya elektron daşıyıcılarda və çap olunmuş formada 05 aprel 2018 ci il tarixinədək aşağıdakı ünvanda qəbul olunur: 
Az 5008. Sumqayıt ş., 43-cü məhəllə, Sumqayıt Dövlət Universiteti, Tarix və coğrafiya fakültəsi, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrası, auditoriya 248.
 
 
Əlaqələndirici şəxs:prof. Səlimov Şirxan
Əlaqə telefonları: mob.:(+99455) 619-50-71,
iş:  (+99418) 6448905.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az