Tətbiqi kimya
Tətbiqi kimya ETL-sı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.12.2010-cu il tarixli 1640 №-li əmrinə əsasən, SDU-nun rektorunun 14.08.10-cu il tarixli 267/06 say-lı əmri ilə yaradılmışdır.
“Tətbiqi kimya” ETL SDU-nun “Kimya və biologiya” fakultəsinin tərkibində 2010-cu ildən fəaliyyət göstərir. 2010-2014-illərdə laboratoriyaya k.e.d. prof. Rəsulzadə Niyazi Şahid oğlu rəhbərlik etmişdir. Həmin illərdə laboratoriya əməkdaşları Etilen-propilen sopolimerləri və poliizopren əsasında motor yağlarının sintezi prosesinin tədqiqi, prosesin texnoloji sxeminin işlənməsi və pilot qurğusunun hazırlanması mövzusunda tədqiqatlar aparmışlar.
2014-cü illdən 2015-ci ilə qədər laboratoriyaya rəhbərlik içtimai əsaslarla laboratoriyanın baş elmi işçisi t.e.n.Hətəmov Mətləb Murtuz oğluna həvalə olunmuşdur.
2015-ci ildə laboratoriyaya k.e.d. prof. Aşurov Dursun Əhməd oğlu rəhbərlik etmişdir.
2016-2020-ci illərin mövzu planı: Duzlu dəniz suyunun anodda oksidləşməsi ilə natrium hipoxloritin alınması.
2017-ci ilin mart ayından hal-hazırkı dövrə qədər laboratoriya rəhbəri vəzifəsini dos.Hətəmov Mətləb Murtuz oğlu icra edir.
“Ətraf mühitin monitorinqi” ETL 01.02.2001-ci il tarixində Azərbaycan Respub-likası Təhsil Nazirliyinin 91 saylı əmrinə əsasən yaradılıb.
Laboratoriya 2001-ci ilin iyun ayından fəaliyyət göstərir. Laboratoriyaya 2001-2004-cü illərdə k.e.n. Ə.Ə. Eyyubov, 2004-2017 illərdə isə k.e.n. dos. C.V. Məmmədov rəhbərlik etmişdir. Hal–hazırda laboratoriya əməkdaşları Sellülozanın aktivləşdirilməsi üsulları mövzusu üzrə elmi tədqiqat işi ilə məşğul olurlar. Laboratoriyanın fəaliyyəti dövründə Az.Res.-ının və APT-nın patentləri alınmış, respublikada və xaricdə məqalə və tezislər nəşr olunmuşdur.
2018-ci ilin noyabr ayından etibarən Ətraf mühitin monitorinqi ETl-sı Tətbiqi kimya ETL-si ilə birləşdirilmış və Neft kimyası və kimya mühəndisliyi kafedrasının nəzdində Tətbiqi kimya ETl-sı adı ilə fəaliyyət göstərir. Laboratoriyaya texnika üzrə fəlsəfə doktoru, dos.M.M.Hətəmov rəhbərlik edir.
Laboratoriyada Duzlu suların anodda oksidləşdirilməsi nəticəsində natrium hipoxloritin alınması prosesinin tədqiqi mövzusu üzərində elmi tədqiqat işləri aparılmışdır.
2021-2025-ci illərin mövzu planı: Aromatik birləşmələrin elektrokimyəvi sistemdə halogenləşməsi, alkilləşməsi və alınan halogenli birləşmələrin tətbiq sahələrinin öyrənilməsi.
Hal-hazırda elmi tədqiqat işinin II mərhələsi yerinə yetirilməkdədir (Toluolun elektrokimyəvi sistemdə bromlaşması. Alkenilfenolların halogenləşməsi. Alınan birləşmələrin tətbiq sahələri).
Laboratoriyada 6 (altı) əməkdaş, o cümlədən 2 (iki) elmlər namizədi, 1 (bir) elmi işçi, 2(iki) kiçik elmi işçi və 1 (bir) baş laborant çalışır. 2 (iki) dissertant və bir doktorant elmi işlə məşğul olur.
1.Hətəmov Mətləb Murğuz oğlu - laboratoriya rəhbəri.
1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakultəsini kimyaçı, kimya müəllimi ixtisası üzrə bitirmişdir. Polimer materialları inistitutunda mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifəsində çalışmışdır.
1981-1982-ci illərdə Moskvada Elektrokimya inistitutunda elmi təcrübə keçmiş, 1985-ci ildə dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1993-cü ilin fevralından 2002-ci ilə qədər “Azərikimya”DŞ-də mütəxəsis və aparıcı mütəxəsisis, baş mütəxəsis və şöbə rəisi vəzifələrində çalışmışdır. 2002-ci ildən 2009-cu ilə qədər “Azərikimya”DS-nin “Etilen-Polietilen zavodunda şöbə müdiri vəzifəsində işləmişdir.
2009-cu ildə SDU-nin “Elektroenergetikanın problemləri” ETl-da böyük elmi işçi vəzifəsinə qəbul olunmuş, 2010-cu ildən SDU-nun “Tətbiqi kimya” ETl-da baş elmi işçi vəzifəsinə keçirilmişdir. 2017-ci ilin mart ayından laboratoriya rəhbəri vəzifəsini icra edir. Neft kimyası və kimya mühəndisliyi kafedrasında 0,5 ştat dosent vəzifəsində çalışır.
2. İmaməliyev Ağalar Bəylər oğlu - böyük elmi işçi.
1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakultəsini kimyaçı, kimya müəllimi ixtisası üzrə bitirmişdir. 1967-1976-cı illərdə Qərbi Azərbayca-nın Qafan şəhərində 4 saylı orta məktəbdə kimya müəllimi, 1976-cı ildən Bakı Mərkəzi Təkmilləşdirmə İnstitutunda metodist işləmişdir. 1979-cu ildə AEA –nın xlor-üzvi sintez insititutunda aspiranturaya daxil olmuş və 1991-ci ildə kimya üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır. 1987-ci ildən Sumqayıt şəhər 35 saylı orta məktəbdə müəllim işləmiş, 2012-ci ildə SDU-nun Elektroenergetikanın problemləri ETL-nə böyük elmi işçi vəzifəsinə qəbul edilmişdir. 01.03.2017-ci ildən Tətbiqi kimya ETL-da böyük elmi işçi vəzifəsinə keçirilmişdir.
3. Şahgəldiyev Füzuli Xanəli oğlu - elmi işçi
1990-cı ildə indiki Sankt-Peterburq Dövlət Texniki Universitetini (Tİ) mühəndis-kimyaçı texnoloq ixtisası üzrə bitirmişdir. 1990-1996-cı illərdə Superfosfat zavodunda növbə rəisi, 2011-ci ildən isə SDU-nun Ətraf mühitin monitorinqi ETl-sında elmi işçi vəzifəsində çalışır. 2012/13 dərs ilində „Ümumi və qeyri-üzvi kimya“ kafedrasında saat hesabı dərs demişdir. Hal-hazırda SDU-nun Kimya və onun tədrisi metodikası kafedrasının dissertantıdır.
4. Abdullayeva Minayə Bilal qızı - kiçik elmi işçi.
1988-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya insititutunun Sumqayıt filialının Kimya Texnalogiya fakultəsini bitirmiş və kimyaçı texnoloq, mühəndis ixtisası almışdır. 1988-1989-сu illərdə təyinatla Sumqayit şəhərindəki Kimya zavoduna göndərilmiş və laborant vəzifəsinə qəbul olunmuşdur . 1989-1992-ci ildə RF- nin Tomsk şəhərində Kimya laboratoriyasında laborant işləmişdir. 1993-1998-ci ildə Azərkimya TTQİ-də kadrlar şöbəsinin müfəttişi vəzifəsində işləmişdir. 2012-ci ildə Sumqayıt Dövlət Universitetinin “Yarımkeçiricilər və dielektriklər fizikası” ETL-da kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur. 2014-cü ildən SDU-nun Tətbiqi kimya ETL-da kiçik elmi işçi vəzifəsində işləyir. Hal-hazırda SDU-nun Kimya və onun tədrisi metodikası kafedrasının dissertantıdır.
5. Adilova Ləman İsmi qızı - kiçik elmi işçi.
1988-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya insititutunun Sumqayıt filialının Kimya Texnologiya fakultəsini bitirmiş və kimyaçı texnoloq, kimyaçı mühəndis ixtisası almışdır. 1981-ci ildən M.Əzizbəyov adına Kimya İstehsalat Birliyində layihə-konstruktor şöbəsində mühəndis, 2004-cü ildən isə SDU-da „Ətraf mühitin monitorinqi“ ETL-da kiçik elmi işçi vəzifəsində işləmişdir. Hal-hazırda Tətbiqi kimya ETL-da kiçik elmi işçi vəzifəsində çalışır.
6. Səfərova Gülgün Mehman qızı - baş laborant
1998-2002-ci illərdə BDU-nun Kimya fakultəsinin bakalavr pilləsini, 2004-2006-cı illərdə isə həmin universitetin magistr pilləsini Təbii və fizioloji fəal maddələr kimyası ixtisası üzrə bitirmişdir. 2002-2005-ci illərdə Laçın rayon Hacısamlı kənd orta məktəbində kimya müəllimi işləmiş, 2006-2011-ci illərdə SDU-nun Analitik kimya kafedrasında laboratoriya müdiri, 2009/10-cu tədris ilində saat hesabı ilə dərs demişdir. 2011-dən Ətraf mühitin monitorinqi ETl-sında baş laborant işləmişdir. Hal-hazırda Tətbiqi kimya ETL-da baş laborant vəzifəsində çalışır. AMEA-nın Polimer Materialları İnstitutunun doktorantıdır.
Tətbiqi kimya və Ətraf mühitin monitorinqi ETL-nın fəaliyyəti dövründə əmək-daşlar tərəfindən Az.Res-nın və Avroasiya Patent Təşkilatının 29 patenti alinmış, respublikada və xaricdə yüzdən çox məqalə və tezislər nəşr etdirilmişdir. Laboratoriya əməkdaşları Az.Res-nın “Startup” və “Sabahın alimləri” layihələrində, Respublika və Beynəlxalq Elmi Konfranslarda mütəmadi iştirak edirlər.