Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Tarix və coğrafiya | Coğrafiya və onun tədrisi metodikası
Coğrafiya və onun tədrisi metodikası
Coğrafiya və onun tədrisi metodikası kafedrası 2005- ci ilin iyun ayından Ümumi coğrafiya kafedrası adı altında fəaliyyət göstərmiş, 2017-ci il mart ayından Coğrafiya və onun tədrisi metodikası kafedrası adlandırılmış və bu kafedraya rəhbərlik prof.Tahir Ağayevə həvalə edilmişdir.
Kafedrada hazırda 2 nəfər professor, 4 nəfər dosent, 4 nəfər baş müəllim, 2 nəfər müəllim 5 nəfər texniki işçi fəaliyyət göstərir.
Kafedra əməkdaşlarının (adları və vəzifələri):
1. Ağayev Tahir Dövlət oğlu-professor, kafedra müdiri
2. Mərdanov İlham İldırım oğlu –  professor
3. Abdullayeva Zoya Hamlet qızı- dosent
4. Abdulov Kamil Şamil oğlu -0.5 ştat dosent
5. Quliyev İsmayıl Əhliman oğlu -0.5 ştat dosent
6. Musayeva Mətanət Ağayar qızı- c.f.d., dosent
7. Yusifova Səbinə Nizami qızı- c.f.d.,baş müəllim
8. Alməmmədli Məsud Gülalı oğlu –c.f.d,baş müəllim
9. Vəliyev Allahverdi Camal oğlu-baş müəllim
10. Süleymanlı Dilşad Qürbət qızı-baş müəllim
11. Babaşova Əfşan Ağazayıd qızı-müəllim
12. Əhmədova Nərmin Mirzalı qızı- müəllim
13. Hüseynova Lalə İsmayıl qızı-böyük laborant
14. Vəlizadə Ülkər Aydın qızı-böyük laborant
15. Məhərrəmova Şəlalə Kamal qızı –laborant
16. Əhədova Səbinə Nazim qızı-laborant
17. Quliyeva Aynurə Şəhrəddin qızı-laborant
Kafedrada 4 dissertant, 13 magistrant elmi işlə məşğul olur.
Coğrafiya və onun tədrisi metodikası kafedrasında 2023−2024-cü tədris ili üçün fənlərin siyahısı:
İxtisas: 050103 və 050107 – Coğrafiya müəllimliyi,  tarix və coğrafiya müəllimliyi (bakalavr hazırlığı)
1. Siyasi coğrafiya
2. Kartoqrafiya
3. Geologiya
4. İqtisadi və sosial coğrafiyanın əsasları
5. Dünya landşaftları və ekoloji problemlər
6. Azərbaycanın iqtisadi coğrafiyası
7. Hidrologiya
8. Regional fiziki coğrafiya
9. Regional iqtisadi coğrafiya
10.Coğrafiyanın tədrisinin nəzəri əsasları
11.Fiziki və iqtisadi rayonlaşdırma
12.CTM
13.Xəzər dənizinin fiziki coğrafiyası və təbii ehtiyatları
14.Coğrafiyanın tədqiqat üsulları
15.Torpaq coğrafiyası
16.İqlimşünaslıq
17.Geomorfologiya
18.Azərbaycanın fiziki coğrafiyası
19. ÜTKƏ
20.Ekoloji kartoqrafiya və coğrafi informasiya sistemləri
21.Neft-qaz quyularının geoloji tədqiqatı060506- Azərbaycanın fiziki coğrafiyası, İqtisadi və sosial coğrafiya(Magistratura pilləsi üçün )
1. Coğrafiya elminin müasir problemləri
2. Coğrafiyanın tarixi və metodologiyası
3. Azərbaycan geomorfologiyası
4. Azərbaycanın aqroiqlim ehtiyatları
5. Xəzər dənizi və sahil zonasının müasir problemləri
6. Azərbaycan landşaftları
7. Azərbaycanın torpaqları və bitki örtüyü
8. Azərbaycanın daxili suları və onlardan istifadə
9. Azərbatcanın təbiəti mühafizə problemləri
10.Azərbaycanda səhralaşma problemləri
11.Xəzər dənizinin ekoloji problemləri və onların həlli yolları
12.Siyasi coğrafiyanın əsasları
13.Geourbanistika və ruralistika
14.Azərbaycan yaxın xarici geosiyasi məkanda
15.Konstruktiv coğrafiyanın əsasları
16.Təbiətdən istifadənin sosial coğrafi problemləri
17.Qlobal iqtisadi inreqrasiya
18.Cəmiyyətin ərazi təşkili
19.Sosial-coğrafi xəritələrin tərtibi
20.Xidmət sahələrinin coğrafiyası
21.Sənaye coğrafiyasının müasir problemləri
060112-Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası
(Magistratura pilləsi üçün )
1. Coğrafiyanın tədrisi metodikasının müasir problemləri
2. Coğrafiyanın tədrisi metodikasının tarixi və metodologiyası
3. Coğrafiyanın təlim vasitələri
4. Coğrafiya dərslərində interaktiv təlim
5. İqtisadi coğrafiyanın tədrisində anlayışların formalaşması
6. Məktəb coğrafiya kursunun elmi-nəzəri əsasları
7. Coğrafiya təliminin təşkili
8. Coğrafiya tədrisində diyarşünaslıq prinsipi
9. Coğrafiyanın öyrənilməsində sinifdənkənar və müstəqil iş
10. Coğrafiyanın öyrənilməsində ekoloji təhsil və tərbiyə
11. Coğrafiya kabinəsi və meydançası
12. Coğrafiyadan pedaqoji təcrübənin təşkili və keçirilməsi
Kafedranın elmi istiqaməti: 5408.01 - Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası. 5801.01- Coğrafiyanın tədrisi metodikası
Kafedra üzrə 2 monoqrafiya, 21 kitab, 144-dan çox elmi məqalə, 160 tezis çap edilmişdir. Bu il 12 elmi məqalədən 11-i xarici ölkələrdə (5 məqalə impakt faktorlu jurnallarda), 1 məruzə tezisi xarici ölkələrdə keçirilən beynəlxalq konfrans materialında nəşr edilmişdir. Kafedra üzrə 7 dərs vəsaiti, 14 metodik vəsait çap olunmuşdur. O cümlədən bu il kafedra üzrə 10 sillabus hazırlanmışdır.
Coğrafiya və onun tədrisi metodikası kafedrasının əməkdaşları nüfuzlu ali məktəblər (BDU, ADPU, AKU, AMİ və s.) və elmi-tədqiqat institutları (AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutu, Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu və s.) ilə sıx elmi əməkdaşlıq əlaqələri saxlayırlar.
prof. Ağayev T.D. tələbələrin Respublika fənn olimpiadasının Azərbaycan coğrafiyası bölməsinin işində davamlı və məhsuldar fəaliyyətinə görə Azərbaycan Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Təhsil işçiləri Azad Həmkarlar İttifaqının Fəxri fərmanlarına layiq görülmüşdür.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az