Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Riyaziyyat | Diferensial tənliklər və optimallaşdırma
Diferensial tənliklər və optimallaşdırma
Kafedra 2001-ci ildən fəaliyyət göstərir. Kafedraya 2005-ci ildən fizika riyaziyyat elmləri doktoru, professor Fikrət Güləli oğlu Feyziyev rəhbərlik edir.
Kafedrada 2 professor, 3 dosent, 3 riyaziyyat üzrə fəlsəfə doktoru, 2 baş müəllim və 3 müəllim fəaliyyət göstərir. Elmlər doktoru proqramı üzrə 1doktorant və 14 magistrant elmi işlə məşğul olur.
Kafedra əməkdaşları:
1. F.r.e.d, professor Feyziyev Fikrət Güləli oğlu
2. R.f.d., dosent Əliyeva Hicran Hamlet qızı
3. R.f.d., dosent Seyfullayeva Xəyalə İdris qızı
4. R.f.d., baş müəllim Nəsibzadə Vüsalə Nazim qızı
5. F.r.e.d, 0,5 ştat professor Hacıyev Tahir Sədi oğlu- müəllim
6. r.e.d.,0,5 ştat dosent Məmmədov İlqar Qürbət oğlu- müəllim
7. baş müəllim Həsənli Nicat İsmayıl oğlu- baş müəllim
8. Ass.Yaqnaliyeva Aybəniz Haqverdi qızı
9. Ass. Zülfəliyeva Gülnarə Suməddin qızı
10. Tədris-köməkçi heyəti: Laborant Xəlilova Aynur Ağaş qızı
11. Tədris-köməkçi heyəti: böyük laborant Şadlinskaya Leyla Razim qızı
Tədris olunan fənlər (bakalavriat pilləsi üzrə)
Riyaziyyat ixtisası üzrə:
1. Cəbr və ədədlər nəzəriyyəsi
2. Cəbrin əlavə fəsilləri
3. Diskret riyaziyyat
4. Diferensial tənliklər
5. Meyil edən arqumentli diferensial tənliklər
6. Variasiya hesabı və optimallaşdırma üsulları
7. Riyazi fizika tənlikləri
8. Optimal idarəetmənin riyazi nəzəriyyəsi
9. Riyazi fizika məsələlərində optimal idarəetmə
10. Diferensial tənliklər üçün düz və tərs sərhəd məsələləri
Riyaziyyat müəllimliyi ixtisasları üzrə:
1. Cəbr
2. Diskret riyaziyyat və məntiqi elementlər
3. Adi diferensial tənliklər
4. Variasiya hesabı və optimallaşdırma üsulları
5. Riyazi fizika tənlikləri
6. Cəbrin əlavə fəsilləri
Riyaziyyat və informatika müəllimliyi ixtisasları üzrə:
1. Cəbr
2. Cəbrin əlavə fəsilləri
3. Diskret riyaziyyat və məntiqi elementlər
4. Adi diferensial tənliklər
5. Riyazi fizika tənlikləri
6. Variasiya hesabı və optimallaşdırma üsulları
İnformatika müəllimliyi ixtisası üzrə:
1. Cəbr
Fizika ixtisası üzrə:
1. Ali cəbr
Fizika müəllimliyi ixtisası üzrə:
Diferensial tənliklər
Energetika mühəndisliyi ixtisası üzrə:
Diferensial tənliklər
Energetika mühəndisliyi ixtisası üzrə:
Diferensial tənliklər
Elektrik və elektronika mühəndisliyi ixtisası üzrə:
Tətbiqi riyaziyyat
Kimya mühəndisliyi ixtisası üzrə:
Tətbiqi riyaziyyat
Kompüter mühəndisliyi ixtisası üzrə:
1. Diskret riyaziyyat
2. Diferensial tənliklər
İnformasiya texnologiyaları ixtisası üzrə:
1. Diferensial tənliklər
2. Diskret riyaziyyat
Proseslərin avtomatlaşdırılması ixtisası üzrə:
Tətbiqi riyaziyyat
Mexanika mühəndisliyi ixtisası üzrə:
Tətbiqi riyaziyyat
Mexanika və robotexnika ixtisası üzrə
Tətbiqi riyaziyyat
Loqistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisası üzrə:
Tətbiqi riyaziyyat
Neft-qaz mühəndisliyi üxtisası üzrə:
Diferensial tənliklər
Ekalogiya mühəndisliyi ixtisası üzrə
Tətbiqi riyaziyyat
Magistratura pilləsi üzrə fənlər
060501 - Riyaziyyat ixtisası
Diferensial tənliklər ixtisaslaşması üzrə:
1. Riyaziyyatın (diferensial tənliklərin) müasir problemləri
2. Meyil edən arqumentli diferensial tənliklər nəzəriyyəsi
3. Xüsusi törəməli tənliklər üçün Koşi və sərhəd məsələləri
4. Riyaziyyatın (diferensial tənliklərin) tarixi və metodologiyası
5. Diferensial fərq tənlikləri
6. Diferensial tənliklərin keyfiyyət nəzəriyyəsi
7. Riyazi fizikanın tərs məsələləri
8. Diferensial tənliklərin spektral nəzəriyyəsi
9. Operasiya hesabı və onun diferensial tənliklərin həllinə tətbiqi
10. İdarəetmə nəzəriyyəsinin riyazi məsələləri
11. Funksional-diferensial tənliklər nəzəriyyəsi
12. Tədqiqat üsulları
060501 - Riyaziyyat ixtisası Optimallaşdırma və optimal idarəetmə ixtisaslaşması üzrə:
1. Riyaziyyatın (optimallaşdırma və optimal idarəetmə) müasir problemləri
2. Riyazi proqramlaşdırma
3. Optimal idarəetmə məsələlərinin ədədi üsulları
4. Riyaziyyatın (optimallaşdırma və optimal idarəetmə) tarixi və metodologiyası
5. Variasiya hesabı
6. Diskret sistemlərin optimal idarə edilməsi məsələləri
7. İdentifikasiya nəzəriyyəsi
8. İdarəolunma və müşahidəolunma nəzəriyyəsi
9. Paylanmış parametrli sistemlərin optimal idarə edilməsi məsələləri
10. Kombinator optimallaşdırma və mürəkkəblik nəzəriyyəsi
11. Qeyri-müəyyənlik şəraitində idarəetmə nəzəriyyəsinin elementləri
12. Tədqiqat üsulları
060509 – İnformatika ixtisası üzrə:
1. Riyazi proqramlaşdırmanın ədədi üsulları
2. Diskret riyaziyyat
3. Tədqiqat üsulları
060501 – Riyaziyyat ixtisası Hesablama riyaziyyatı ixtisaslaşması üzrə:
1. Variasiya məsələlərinin ədədi üsullarla həlli
2. Tədqiqat üsulları
Kafedranın elmi istiqamətləri:
1. Modulyar dinamik sistemlərin (MDS-lərin) modelləşdirmə, optimallaşdırma və sistem dinamikası məsələlərinin tədqiqi.
2. Toplanmış və paylanmış parametrli kəsilməz sistemlərin optimal idarə edilməsi məsələlərinin tədqiqi.
Kafedranın son illərdəki əsas elmi nəşrləri:
Kafedra üzrə 5 kitab, 30 məqalə, o cümlədən 11 məqalə xaricdə çap olunmuşdur. Bu məqalələr Web of Scince və Scopus bazalarına daxil olan jurnalda nəşr olunmuşdur.
25 sillabus, 2  monoqrafiya, 20 fənn proqramı, 5-dərs vəsaiti və 1 metodik vəsait nəşr olunmuşdur.
Kafedra əməkdaşlarının Azərbaycan Respublikasının Təhsil Nazirliyinin bir sıra universitetləri (BDU, NDU, MDU, ADPU, ADNSU, ADİU, ADU və s.), AMEA-nın İdarəetmə Sistemləri, Riyaziyyat və Mexanika, İnformasiya Texnologiyaları İnstitutları ilə elmi əlaqələri vardır.
Kafedra müdiri, prof. F.G.Feyziyev Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun nəzdnində 1203.01-“Kompüter elmləri”, 3338-“Sistemli analiz, idarəetmə və informasiyanın işlənilməsi” (sahələri üzrə) ixtisasları üzrə ED 1.19 saylı Dissertasiya şurasının üzvüdür.
 Kafedra xarici ölkələrin bir sıra ali təhsil müəssisələri və elmi mərkəzləri, Dağıstan Dövlət Universitetinin Riyaziyyat və kompüter elmləri fakültəsi, Belarus Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, Rusiya Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutu Qazaxıstan Respublikasının Milli Texniki Universiteti, Türkiyə Cümhuriyyətinin Ege Universiteti və Kafkas Universiteti (Kars şəhəri) ilə elmi əlaqələr saxlayır.
Təhsilin inkişafında xidmətlərinə görə kafedranın 1 əməkdaşı «Əməkdar müəllim» fəxri adı ilə, 2 əməkdaşı Təhsil Nazirliyinin Azərbaycan Respublikası “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 2 əməkdaşı Təhsil Nazirliyinin Fəxri fərmanı, 1 əməkdaşı Təhsil İşçilərinin Azad Həmkarlar Təşkilatının Fəxri fərmanı, 2 əməkdaşı Sumqayıt Dövlət Universitetinin Fəxri fərmanı, 1 əməkdaşı 2 dəfə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı  ilə təltif edilmişdir.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az