Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Təbiət Elmləri | Kimya və onun tədrisi metodikası
Kimya və onun tədrisi metodikası
Kimya və onun tədrisi metodikası kafedrası 1972-ci ildən Qeyri-üzvi və fiziki kimya adı ilə ümumtəhsil kafedrası kimi fəaliyyət göstərir. Kafedranın təşkilində və formalaşmasında kimya elmləri namizədi professor İsmayıl Sadıqovun böyük xidməti olmuşdur. O, 1972-1974-cü illərdə kafedranın ilk müdiri olmuşdur. 1974-1986-cı illərdə kafedraya dosent Rəsul Cəlilov rəhbərlik etmişdir. 1985-ci ildə kafedranın bazası əsasında yeni, ixtisas yönümlü Elektrokimyəvi istehsalın texnologiyası kafedrası (kafedra müdiri dosent Şəmsəddin Novruzov) yaradılmışdır. Fiziki kimya fənni yeni yaranan kafedra tərəfindən tədris edildiyindən kafedra 1985-ci ildən Ümumi kimya, 1996-cı ildən isə Kimya kafedrası adlandırılmışdır. 1986-cı ildən 2004-cü ilə kimi kafedraya görkəmli kimyaçı, kimya elmləri doktoru, professor Ramiz Sultanov rəhbərlik etmişdir.
Universitetdə pedaqoji yönümlü yeni ixtisasların açılması ilə əlaqədar olaraq, Kimya kafedrasının bazası əsasında 2001-ci ildə Ümumi və qeyri-üzvi kimya (kafedra müdiri dosent Rəşid Qəhrəmanov  2001-2015, professor Muxtar Səmədov 2015-2017-ci illər), 2004-cü ildə Analitik kimya (kafedra müdiri dosent Hümbət Eminov), 2005-ci ildə isə Kimyanın tədrisi metodikası (kafedra müdiri dosent Ağaisa Əskərov) kafedraları yaradılmış və Universitet Elmi Şurasının qərarı ilə Kimya kafedrası 2004-cü ildə Üzvi və fiziki kimya kafedrası (kafedra müdiri dosent Musa Mustafayev 2004-2017-ci illər) adlandırılmışdır.
2016/17-ci tədris ilində Kimyanın tədrisi metodikası kafedrası Ümumi və qeyri-üzvi kimya kafedrasına birləşdirilmişdir. Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 29 mart 2017-ci il tarixli iclasının (protokol 06) qərarı ilə Ümumi və qeyri-üzvi kimya və Üzvi və fiziki kimya kafedraları birləşdirilmiş və kafedra Kimya və onun tədrisi metodikası adlandırılmışdır. Kafedra müdiri dosent Musa Mustafayevdir.
Kafedrada 1 nəfər texnika elmləri doktoru, professor, 7 nəfər kimya elmləri namizədi, dosent, 1 nəfər kimya üzrə fəlsəfə doktoru, dosent, 2 nəfər baş müəllim, 4 nəfər assistent və 1 nəfər 0.5 ştat assistent fəaliyyət göstərir.
Kafedra əməkdaşlarının siyahısı:
1. Mustafayev Musa Musa oğlu – kafedra müdiri, 0.5 ştat dosent
2. Pirquliyeva Mətanət Səfər qızı - 0.5 ştat dosent
3. Səmədov Muxtar Məmməd oğlu - 0.5 ştat professor
4. Orucov Kamal Canəhməd oğlu – dosent
5. Əskərov Ağaisa Bayraməli oğlu – dosent
6. Əliyeva Aida Qəzənfər qızı – dosent
7. Əhmədov Vəliyəddin Nüsrət oğlu – dosent
8. Quliyeva Gülzar Nizam qızı – dosent
9. Məmmədova Aynur Alim qızı – dosent
10. Seyidova Əntiqə Nəsib qızı – baş müəllim
11. Cavadova Sadəgül Həsən qızı – baş müəllim
12. Adıgözəlova Xanım Əlibala qızı – assistent
13. Abdullayeva Hüsniyyə Bəhram qızı – assistent
14. Məhərrəmova Aida Saleh qızı – assistent
15. Əhmədova Firuzə Famil – assistent
16. Abiyeva Arzu Yunis qızı – 0.5 ştat assistent
17. Mahmudova Rəhilə Əmirsultan qızı – laboratoriya müdiri
18. Əliyeva Səadət Gəray qızı – böyük laborant
19. Sadıqova Dilarə Ağayar qızı - böyük laborant
20. Xudiyeva Sevinc Sabir qızı - böyük laborant
21. Mürşüdlü Nərmin Afiq qızı – böyük laborant
22. Gülmalıyeva Afət Əhməd qızı – laborant
23. Həsənova Simnarə Sədrəddin qızı – preparator
24. Quliyeva Cəmilə Qabil qızı – preparator
Kafedrada elmlər doktoru proqramı üzrə 2 dissertant və 15 magistrant elmi-tədqiqatlarla məşğul olur.
Kafedrada bakalavriat və magistratura səviyyələrində aşağıdakı fənlər tədris olunur:
Bakalavriatura səviyyəsi üzrə
1. Kimya
2. Ümumi kimya
3. Qeyri-üzvi kimya
4. Üzvi kimya
5. Üzvi kimya və ekologi təhlükəsizlik
6. Elementüzvi birləşmələr kimyası
7. Həyat fəaliyyətinin kimyəvi əsasları
8. Heterotsiklik birləşmələr kimyası
9. Fiziki kimya
10. Fiziki-kolloid kimya
11. Kolloid kimya
12. Fiziki və analitik kimya
13. Kimyəvi termodinamikanın əsasları
14. Səth prosesləri
15. Fiziki-tədqiqat metodları
16. Kristallokimya
17. Yarımkeçiricilər kimyası
18. Bərk cisimlər kimyası
19. Fiziki-kimyəvi analizin əsasları
20. Ümumi kimyanın tədrisi metodikası
21. Qeyri-üzvi kimyanın tədrisi metodikası
22. Qeyri-üzvi və üzvi kimyanın tədrisi metodikası
23. Kimyanın tədrisi metodikası
24. Kimyanın didaktikası
25. Tədrisdə kurikulumun əsasları
26. Ətraf aləmin kimyası
27. Ümumi təhsil kurikulumu
28. Ümumi təhsil kurikulumunun əsasları
29. Orta məktəbdə kimyəvi analiz metodları
Magistratura səviyyəsi üzrə
1. Kimyanın müasir problemləri
2. Qeyri-üzvi kimyanın nəzəri əsasları
3. Qeyri-üzvi materialşünaslıq
4. Bərk cisimlər kimyası
5. Qeyri-üzvi sintezin əsasları
6. Mineral turşu və dusların sintezinin əsasları
7. Təbii qeyri-üzvi birləşmələr kimyası
8. Kimyanın tarixi və metodologiyası
9. Qeyri-üzvi maddələrin tədqiqat üsulları
10. Fiziki-kimyəvi analiz
11. İkikomponentli sistemlər
12. Kristallokimyanın nəzəri əsasları
13. Tədqiqat üsulları
14. Üzvi kimyanın nəzəri əsasları
15. Stereokimya
16. Hetоrоtsiklik birləşmələr
17. Metalüzvi birləşmələr kimyası
18. Zərif-üzvi sintez
19. Elementüzvi birləşmələr
20. Dərman maddələrinin sintezi
21. Kоnformasiya analizi
22. Bоyaq maddələrinin kimyası
23. Bioüzvi, təbii və fizioloji fəal birləşmələr kimyası
24. Tətbiqi elektrokimya
25. Termokimya və kalorimetriya
26. Məhlulların termodinamikası
27. Faza tarazlığının termodinamikası
28. Elektrolit məhlullar nəzəriyyəsi
29. Kimyəvi kinetika
30. Kataliz
31. Səth hadisələri
32. Kimyəvi tarazlıq
33. Kimyanın tədrisi metodikasının müasir problemləri
34. Kimya kabinəsi və laboratoriyanın təşkili
35. Kimya tədrisində təbiət elmləri arasında əlaqənin rolu
36. Kimyanın öyrənilməsində sinifdənkənar və müstəqil iş
37. Kimya təhsilinin müasir vəziyyəti və inkişaf perspektivləri
38. Kimyanın öyrədilməsində iqtisadi və ekoloji təhsil və tərbiyə
39. Təfəkkürün inkişafında kimya dilinin rolu
40. Kimyanın tədrisi metodikasının tarixi və metodologiyası
41. Kimyanın ali məktəbdə tədrisi metodikası
42. Kimyadan çətinləşdirilmiş məsələlərin həlli
43. Kimyada pedaqoji təcrübənin təşkili və keçirilməsi
44. Kimya və təcrübə işinin metodikası
Kafedranın elmi istiqamətləri aşağıdakılardır:
- 2306.01-Üzvi kimya. Mövzu: Karbo- və heterofunksional silisiumüzvi monomerlərin sintezi və xassələri.
- 3303.01-Kimya texnologiyası və mühəndisliyi. Mövzu: Təbii fosfatların intensivləşdirici komponentlərin iştirakı ilə mineral turşularda parçalanması reaksiyasının nəzəri əsasları.
Kafedranın əsas elmi nəticələri:
Kafedra üzrə son 5 ildə 10 kitab, 230-dən çox elmi məqalə və məruzə tezisləri, o cümlədən 17 elmi məqalə xarici ölkələrin nüfuzlu jurnallarında çap olunmuş, 8 patent alınmışdır.
Kafedra üzrə son 5 ildə 84 fənn proqramı, o cümlədən, 14 fənn proqramı Təhsil Nazirliyinin qrifi ilə, 20 fənn proqramı Universitet Elmi Şurasının qrifi ilə, 128 sillabus, 2 dərslik, 8 dərs vəsaiti, 1 monoqrafiya və 2 metodik vəsait nəşr olunmuş, 6 Avrasiya, 2 Respublika patenti alınmışdır.
Kimya və onun tədrisi metodikası kafedrasının əməkdaşlarının Baki Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Polimer Materialları, Aşqarlar Kimyası, Neft Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi kimya İnstitutları, Tbilisi Dövlət Universiteti, Rusiya EA-nın Zelinski adına Moskva Üzvi Kimya İnstitutu, Riqa Üzvi Sintez İnstitutu, Ufa Dövlət Neft Texniki Universiteti, Pskov Dövlət Universiteti, Rusiya Kimya-texnologiya Universiteti, Rusiya EA-nın Sibir bölməsinin İrkutsk Kimya İnstitutu ilə elmi əlaqələri vardır.
Kafedra əməkdaşlarından 2 nəfəri “Əməkdar müəllim fəxri” adı ilə, 2 nəfəri “Tərəqqi” medalı ilə, 2 nəfəri isə Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.
Dissertasiya şuraları. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 15 dekabr 2017-ci il tarixli 388 nömrəli qərarına əsasən Sumqayıt Dövlət Universitetinin nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirmək üçün FD.02.193 Dissertasiya şurası yaradılmış, Kimya və onun tədrisi metodikası kafedrasının müdiri dos. Musa Mustafayev Dissertasiya şurasının elmi katibi təyin edilmişdir. Dissertasiya şurasının iclaslarında 2018-ci ildə 6 nəfərin dissertasiyasının müdafiəsi keçirilmişdir. Onların hamısına AAK-ın qərarı ilə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 28 dekabr 2019-cu il tarixli F-156 nömrəli qərarına əsasən Sumqayıt Dövlət Universitetinin nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirmək üçün FD 2.23 Dissertasiya şurası yaradılmış, Kimya və onun tədrisi metodikası kafedrasının müdiri dos. Musa Mustafayev həmin Dissertasiya şurasının da elmi katibi təyin edilmişdir. Dissertasiya şurasının iclaslarında 2 nəfərin müdafiəsi keçirilmiş, 28.10.2022-ci ildə üçüncü dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az