Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetin bir qrup ziyalısı 16 saylı orta məktəbdə şagirdlərlə görüşdü
Universitetin bir qrup ziyalısı 16 saylı orta məktəbdə şagirdlərlə görüşdü
Sumqayıt Dövlət Universitetinin 14.09.2018-ci il tarixli Elmi Şurasının qərarına əsasən universitetin əməkdaşları şəhərimizdə yerləşən tam orta məktəblərdə mütəmadi olaraq görüşlər keçirir, həmçinin orta məktəb şagirdləri universitetə dəvət olunurlar. Elə bu məqsədlə dekabrın 4-də universitetin bir qrup ziyalıları 16 saylı orta məktəbdə şagirdlərlə görüşdü.
Görüşdə univeristetin riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri dosent Xalidə Həsənova, riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının dosentləri: Xəlil Alıyev, Mətləb Ağayarov, Məftun Heydərova, pedaqoji təcrübə rəhbəri Əvəz Mahmudov və Riyaziyyat fakültəsinin magistratura pilləsinin II kurs M 406 qrup tələbəsi Zümrüd Qasımzadə iştirak etdilər.
Tədbiri giriş sözü ilə orta məktəbin direktoru Niyaz Süleymanov açaraq təhsil islahatlarının uğurlarından, təhsilə dövlət qayğısından və Sumqayıt Dövlət Universitetinin məktəblərlə isti əlaqəsindən söhbət açdı. Bildirdi ki, Ulu Öndər Heydər Əliyevin biz sumqayıtlılara ən böyük hədiyyələrindən biri də Sumqayıt Dövlət Universitetidir. Şəhərimizin abituriyentləri böyük həvəslə SDU-nu seçirlər. Bu il abituriyentlərdən 208 nəfəri SDU-nun I kurs tələbəsidir. Onlardan 8 nəfəri isə bizim məktəbin yetirmələridir.
Sonra söz universitet əməkdaşlarına verildi. Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri dosent Xalidə Həsənova çıxış edərək SDU-nun inkişafından, fəaliyyət istiqamətlərindən, universitet rəhbərliyinin tələbələrə göstərdiyi qayğıdan söhbət açdı.
Görüşdə Sumqayıt Dövlət Univeristetinin tanıtım videoçarxı və təqdimat materialları şagird və müəllim kollektivinə təqdim olundu. Slaydda universitetdə təklif olunan təhsil imkanları, laboratoriyalar, universitetin maddi-texniki təchizatı haqqında ətraflı məlumat əks olunmuşdu. Təqdimatda universitetdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, auditoriyalar, fənn laboratoriyaları, oxu zalı, elektron kitabxana, idman klubu, özfəaliyyət dərnəyi və Linqvistik Mərkəzdə təşkil olunmuş xarici dil kursları şagirdlərin marağına səbəb oldu.
Görüşün sonunda riyaziyyat fənninə aid dərin məzmunlu videoçarx nümayiş olundu, şagirdlərin sualları cavablandırıldı.
 
Mətbuat xidməti
   
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az