Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Rektor doktorant və dissertantlarla görüşdü
Rektor doktorant və dissertantlarla görüşdü
Dekabrın 7-də Sumqayıt Dövlət Universitetində rektoru professor Elxan Hüseynovun doktorant və dissertantlarla görüşü keçirildi. Görüşdə bu ildən doktorluq namizədlikləri üçün elmi işlərini davam etdirəcək elm adamları da iştirak etdilər.
Rektor professor Elxan Hüseynov rəhbərlik etdiyi ali təhsil müəssisəsində doktorant və dissertantlarla görüşlərin ənənəyə çevrilməsindən danışdı. Qeyd etdi ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli və ardıcıl tədbirlər ictimai həyatın bütün strateji sahələrində olduğu kimi, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması istiqamətində də böyük inkişafa gətirib çıxarmışdır. SDU-nun elmi potensialının ildən-ilə artdığını qeyd edən rektor universitetdə Dissertasiya Şurasının yaradılmasının gələcəkdə ölkəmizdə kadr potensialının inkişafına böyük töhfə verəcəyini vurğuladı. Bildirdi ki, universitetdə bakalavr və magistr hazırlığı ilə yanaşı, doktorantura və dissertantura yolu ilə də mütəxəssis hazırlığı uğurla həyata keçrilir. Görüş zamanı elmlər doktorluğu proqramı üzrə təhsil alanların dissertasiya işlərinin mövcud vəziyyəti, AAK-nın tələblərinə uyğun elmi əsərlərinin nəşri, beynəlxalq konfranslarda elmi çıxışlar və digər məsələlər barəsində geniş müzakirələr aparıldı.Fakültə dekanlarına doktorantlara yardımçı olmağı tapşıran rektor qeyd etdi ki, dissertasiya mövzuları muəyyənləşdirilərkən, еlmin, təhsilin muasir və pеrspеktiv inkişafı, elm və təhsil qarşısında duran rеal vəzifələr, təhsil islahatları, dovlətin elm və təhsil sahəsindəki siyasəti, habelə kafеdraların еlmi-tədqiqat işlərinin əsas istiqamətləri nəzərə alınmalı və mövzular kafedra iclaslarında ətraflı müzakirə edilərək təsdiq olunmalıdır. Rektor bütün doktorant və dissertantlara, elmlər doktorluğu üzrə müdafiə edənlərin hər birinə elmi fəaliyyətlərində uğurlar arzu etdi və onların problemləri həlli istiqamətində Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədova tapşırıqlarını verdi.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov çıxış edərək elmlər doktorluğu proqramı üzrə təhsil alanların dissertasiya işlərinin mövcud vəziyyəti, doktorant və dissertantların bundan sonrakı təhsil müddətində elmi fəaliyyətləri, minimum imtahanları, gördükləri işlər barədə hər il verəcəkləri hesabat barədə görüş iştirakçılarına ətraflı məlumat verdilər.
Gənc doktorantlar yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər, göstərilən etimadı doğrultmağa çalışacaqlarını bildirdilər.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az