Əsas səhifə | Xəbərlər | Alimlərimiz Kazan Dövlət Energetika Universitetində sertifikata layiq görüldülər
Alimlərimiz Kazan Dövlət Energetika Universitetində sertifikata layiq görüldülər
Dekabrın 5-dən 9-dək universitetimizin Elektromexanika kafedarsının müdiri dosent Turqay Hüseynov və Energetika və elektrotexnika kafedrasının dosenti Şikar Məmmədov Kazan Dövlət Energetika Universitetində ezamiyyətdə oldular. Ezamiyyətin məqsədi “Yanacaq-energetika kompleksində və yaşayış-mənzil təsərüffatında cihazqayırma və avtomatlaşdırılmış elektrik intiqalı” mövzusunda IV Milli elmi-praktiki konfransda, konfrans çərçivəsində təcrübənin artırılması kurslarında iştirak etmək, tələbələr üçün dosent Şikar Məmmədov tərəfindən seminarın keçirilməsi və universitetlər arasında bağlanmış müqaviləyə əsasən ikili diplomların, tələbələrin təhsil aldıqları müddətdə fəhlə-peşə ixtisas dərəcələrinin alınması istiqamətində Kazan Dövlət Energetika Universitetin təcrübəsi ilə tanış olmaqdan ibarət idi.
Dekabrın 6-da konfransı Kazan Dövlət Energetika Universitetinin tədris işləri üzrə prorektoru professor А.V. Leontyev açdı.
Plenar iclasda dosent Turqay Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun konfrans iştirakçılarına salamlarını çatdırdı və konfransın işinə uğurlar arzuladı. Həmin gün dosent Turqay Hüseynov “Vibrasiyalı amplitud sıxlıq vericisi” və dosent Şikar Məmmədov “N-heptanın kritikdən yüksək təzyiqlərdə boruda (müxtəlif vəziyyətlərdə) istilik mübadiləsinin tədqiqi” mövzularında bölmə iclaslarında çıxış etdilər.
Dekabrın 7-də dosent Şikar Məmmədov Cihazqayırma və mexatronika kafedrasının tələbələri üçün Doymuş karbohidrogenlərin (n-heptan) boruda kritikdən yüksək təzyiqlərində istilikvermənin tədqiqi mövzusunda seminar keçirdi. Dosent Turqay Hüseynov Kazan Dövlət Energetika Universitetində ikili diplom proqramının təşkili və tələbələrin bakalavr diplomları ilə bərabər, fəhlə-peşə dərəcəsinin alınması təcrübəsini öyrənmək məqsədi ilə Cihazqayırma və mexatronika kafedrasının müdiri dosent O.V.Kozelkov, Elektroenergetika və elektronika institutunun direktoru professor İ.V. İvşin və Tədris-metodiki idarənin müdiri professor S.N.Zaripova ilə işçi görüşlər keçirdi.
Alimlərimiz dekabrın 8-də Kazan Dövlət Energetika Universitetində elmimetriya sahəsi ilə məşqul olan Sənaye elektronikası və işıqlandırma kafedrasının professoru R.X.Tukşaitovla işçi görüş keçirdilər.
Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının konfransda fəal iştirakını təşkil etməsi ilə əlaqədar, Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova konfransın təşkilat komitəsinə daxil edildi, universitet əməkdaşları tərəfindən 15 məruzə ilə qiyabi və 2 məruzə ilə əyani iştirak etdi, universitetimizin rektoru professor Elxan Hüseynova Kazan Dövlət Energetika Universitetin rektoru dosent E.Y.Abdullazyanov tərəfindən minnətdarlıq məktubu təqdim olundu.
Alimlərimizə konfransda iştirak etdiklərinə görə sertifikatlar və təcrübənin artırılması kurslarını keçdiklərinə görə vəsiqələr verildi.
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az