Əsas səhifə | Xəbərlər | Amerikadan gələn ingilis dili müəllimi köməkçisi Jack Morris tərəfindən SDU-da Erasmus+ Petra layihəsi çərçivəsində seminar təşkil edildi
Amerikadan gələn ingilis dili müəllimi köməkçisi Jack Morris tərəfindən SDU-da Erasmus+ Petra layihəsi çərçivəsində seminar təşkil edildi
Dekabrın 14-də universitetdə “Azərbaycan universitetlərində təlim və tədrisdə mükəmməlliyin təşviqi” layihəsi çərçivəsində “Tədqiqatın aparılması və effektiv xülasənin yazılması qaydaları” mövzusunda seminar keçirildi. Qeyd edək ki, seminar ERASMUS+PETRA layihəsinin iş planının Tədqiqat imkanları bölməsinə əsasən təşkil edilmişdir.
PETRA layihəsinin SDU işçi heyətinin üzvü Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.ü.f Samirə Məmmədova çıxış edərək qonaqları salamladı, tədbiri açıq elan etdi.
Seminarda Xarici Dillər kafedrasını müdiri professor Nigar İsgəndərova ERASMUS+PETRA layihəsi haqqında məlumat verdi, ABŞ sefirliyinin dəstəyi ilə SDU-da müəllim koməkçisi kimi fəaliyyət göstərən Jack Morrisi seminar iştirakçılarına təqdim etdi.
Təlim Amerika Səfirliyinin Fulbright proqramı çərçivəsində Sumqayıt Dövlət Universitetinin ingilis dili müəllimi köməkçisi Jack Morrisin moderatorluğu ilə davam etdi.
Jack Morris təqdimatlarda dissertasiya işinin tərtibat qaydası, problemin düzgün qoyuluşu, ədəbiyyat seçimi, o cümlədən tezis, məqalə və xülasələrin adının seçilməsi zaman diqqətli olmaq, yazılan işin məzmunun onun adı ilə əlaqəli olması faktorunu nəzərə almaq, qrammatik məsələlərə diqqət yetirmək, redaktə mərhələsi, istinadlar, vikipediya və internet resurslarından istifadə qaydası haqqında məlumat verdi.
Təlimdə Elmi hissə, Linqvistik Mərkəz, Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsi təmsil olundu. Struktur bölmələrindən başqa, Tarix və coğrafiya fakültəsi, Fizikia və elektroenergetika fakültəsi, Kimya və biologiya fakültəsi, Filologiya fakültəsinin müəllim və tələbə heyəti də iştirak etdi.
Mövzular ətrafında suallar səsləndirildi, fikir mübadiləsi aparıldı.
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az