Əsas səhifə | Xəbərlər | SDU-nun Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, Azərbaycan dili və dilçilik kafedrasının professoru Aslan Bayramovun “Tarixi faciələrimiz: Deportasiya, Repressiya və Soyqırımı” adlı kitabı nəfis şəkildə çap olunmuşdur
SDU-nun Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, Azərbaycan dili və dilçilik kafedrasının professoru Aslan Bayramovun “Tarixi faciələrimiz: Deportasiya, Repressiya və Soyqırımı” adlı kitabı nəfis şəkildə çap olunmuşdur

Kitabda Azərbaycanşünaslığın əsas tədqiqat sahələrindən biri olan deportasiya, repressiya və soyqırımı tariximiz əks olunur. Burada Rusiya dövlətinin Cənubi Qafqaz və Anadolu siyasəti, İrəvan, Naxçıvan  xanlıqlarının Rusiya tərəfindən işğalı, 25 min gəlmə erməninin olduğu İrəvan xanlığı ərazisində ermənisiz “Erməni vilayəti”nin yaradılması və s. məsələlər göstərilir. Bununla belə, rus, ingilis və fransız silahı və əsgər forması ilə təchiz olunan ermənilərin Anadolu və Cənubi Qafqazda türk və azərbaycanlılara qarşı törətdikləri saysız-hesabsız qətliamlar, azərbaycanlıların demoqrafik. vəziyyəti, onların məhvinə yönəldilmiş soyqırımları, köçürmə və sürgünlər şərh edilir. Xüsusilə ermənilərin Cənubi Qafqaza haradan və neçənci illərdə gəlmələri erməni mənbələrindən götürülmüş sənədlərlə əsaslandırılır. Bununla belə, Qərbi Azərbaycanda yer yaddaşının-yer-yurd adlarının da soyqırıma məruz qalması faktlarla təqdim olunur. Kitabda verilən statistik cədvəllər əsərin məzmununu tamamlayır.
Kitabdan bakalavr, magistr və doktorantlar, eləcə də müəllimlər dərs vəsaiti kimi faydalana bilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az