Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Standard İnsurance Sığorta Şirkətinin nümayəndələri tələbələrlə görüşdülər
Standard İnsurance Sığorta Şirkətinin nümayəndələri tələbələrlə görüşdülər
Sumqayıt Dövlət Universiteti ilə ASC “Standard İnsurance” Sığorta Şirkəti arasında imzalanmış qarşılıqlı əməkdaşlıq müqaviləsinə əsasən dekabrın 19-da Şirkətinin İdarə Heyətinin nümayəndələri tələbələrlə görüş keçirdi.
Şirkətin nümayəndə heyəti ilə görüşdə İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev qonaqları universitetdə görməkdən məmnun olduğunu dedi, universitet barədə ətraflı məlumat verdi, tələbələrin istehsalat təcrübəsində iştirakının təmin olunması, həmçinin magistrantların işlə təmin edilməsi istiqamətində yaradılan şəraitdən və görülən işlərdən və bu sahədə qazanılan uğurlardan danışdı. Bildirdi ki, istehsalat təcrübəsi tələbələrin gələcək karyerasında ilk addımdır.
Korparativ Satış departamentinin direktoru Anar Xələfov, Şirkətin Sumqayıt nümayəndəliyinin direktoru Nizami Ələmov çıxış edərək sığorta sahəsində olan inkişaf barəsində geniş məlumat verdilər, sığorta bazarında yeni nəsil sığortaçılara ciddi ehtiyac olduğunu xüsusi qeyd edərək bildirdilər ki, görüşün də əsas məqsədi təhsil müəssisələri ilə əməkdaşlığın təşkili, peşəkar istiqamətləndirmə, sığorta və maliyyə işində ixtisaslaşan tələbələrə dəstək verilməsidir. Tələbələr şirkətin iş xüsusiyyətlərini öyrənəcək, təcrübi tapşırıqları yerinə yetirəcək, sığorta məhsullarının satışı texnologiyası, siğorta hadisələrinin tənzimlənməsi sahəsində biliklər, eləcə də risklərin idarə edilməsi üzrə ixtisaslaşdırılmış məsləhətlər əldə edəcəklər. Eyni zamanda iştirakçılar təhsil aldıqları zaman əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmək imkanı əldə edəcəklər.
Görüşün sonunda tələbələri maraqlandıran suallar şirkətin İdarə heyətinin nümayəndələri tərəfindən cavablandırıldı.
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az