Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə kollektivi pul mükafatı ilə sevindirdi
SDU-nun rektoru 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə kollektivi pul mükafatı ilə sevindirdi
Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə universitetin bütün əməkdaşlarını bayram hədiyyəsi olaraq pul mükafatı ilə sevindirdi. Qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə kollektivi təbrik etdi, onlara bol ruzi-bərəkət, əmin-amanlıq və yeni-yeni nailiyyətlər arzuladı.
Qeyd edək ki, SDU-nun rektoru professor Elxan Hüseynovun imzaladığı əmrə əsasən işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə hər il Yeni il öncəsi, Novruz, Ramazan, Qurban bayramları ərəfəsində universitetin bütün əməkdaşlarına maddi yardımlar olunur. Bu da kollektiv tərəfindən böyük rəğbətlə qarşılanır.
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az