Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımızın şagirdlərlə görüşləri davam edir
Əməkdaşlarımızın şagirdlərlə görüşləri davam edir
Universitetin professor və müəllim heyətinin mütamadi olaraq şəhərimizdə yerləşən tam orta məktəblərdə şagirdlərlə görüşləri davam edir. Dekabrın 18-də bir qrup əməkdaşımız Azərbaycan Təhsil Məkanında Sumqayıt Dövlət Universitetinin yeri və mövqeyinin təbliği məqsədilə 28 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşdü.
Görüşdə univerisitetin Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru dosent Xalidə Həsənova, Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının dosenti Xəlil Alıyev, Əlavə təhsil şöbəsinin müdiri dosent Mətləb Ağayarov, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun Heydərova, baş müəllim Ülviyyə Əliyeva, laborant Röya Hətəmova və eyni zamanda universitetin pedaqoji təcrübə rəhbəri Əvəz Mahmudov iştirak etmişlər.
Tədbiri giriş sözü ilə orta məktəbin direktoru Ağayev Mehdi Qəyyum oğlu acaraq əvvəlcə qonaqları salamladı, şagirdlərə ali təhsil sahəsində univeristet seçiminin cox mühüm əhəmiyyəti barədə məlumat verdi. Məktəbin direktoru öz nitqində məktəblilərə Sumqayıt şəhərinin yeganə ali təhsil müəssisəsinin yüksək tədris keyfiyyətinə və müsair təlim avadanlıqlarına malik olduğunu xüsusi olaraq vurğuladı. Məktəbin keçən ilki məzunlarından 15 nəfərinin məhz Sumqayıt Dövlət Universitetini secdiyini məktəblilərin nəzər-diqqətinə çatdırdı. Tədbirdə çıxış edən orta məktəbin müəllimi Fərid Ağahüseynov universitetdəki təhsil imkanlarından,özünün də 2001-ci ildə bu universitetin məzunu olduğundan danışdı. Sonra söz univeristet əməkdaşlarına verildi.
Sumqayıt Dövlət Univeristetinin tanıtım videocarxı və təqdimat materialları müəllim və şagird kollektivinə təqdim olundu. Slaydlarda univeristetdə təklif olunan təhsil imkanları, laboratoriyalar, univeristetin maddi-texniki təchizatı haqqında ətraflı məlumat əks olunmuşdur. Təqdimatda universitetdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, auditoriyalar, fənn laboratoriyaları, oxu zalı, elektron kitabxana, idman zalı, klub, özfəaliyyət dərnəyi və Linqvistik Mərkəzdə təşkil olunmuş xarici dil kursları şagirdlərin marağına səbəb oldu.
Sonda universitet əməkdaşları məktəblilərin suallarını cavablandırdılar.
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az