Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | TEC–in hesabat-seçki konfransı keçirildi
TEC–in hesabat-seçki konfransı keçirildi
Dekabrın 20 -də Sumqayıt Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin (TEC) hesabat-seçki konfransı öz işinə başladı.
Konfransı universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq iştirakçıları salamladı, tələbələri eyni maraq ətrafında birləşdirən Tələbə Elmi Cəmiyyətinin əhəmiyyətindən bəhs etdi. Prorektor Azərbaycanda elm və təhsilin inkişafına dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyini qeyd etdi, Prezident cənab İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı müvafiq sərəncam və fərmanlar imzaladığını xatırlatdı, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və digər mühüm sənədlərin gənclərin yüksək qayğı ilə əhatə edilməsinə bariz nümunə olduğunu bildirdi və ölkəmizdə kadr hazırlığına böyük önəm verildiyini diqqətə çatdırdı. Gənclərin elmi tədqiqatlara cəlb olunmasının vacibliyini bildirən prorektor hesabat dövrü ərzində TEC-in işini müsbət qiymətləndirdi, yeni seçiləcək heyətə uğurlar dilədi.
TEC-in elmi rəhbəri Lalə Bunyatova TEC-in fəaliyyətindən danışaraq bildirdi ki, məqsədimiz gələcək gənc elmi tədqiqatçılara istiqamət verməkdir. Lalə Bunyatova konfransın gedişatı və strukturu haqqında ümumi məlumat verdi, tələbələrə xoş arzularını çatdırdı.
Universitet üzrə TEC-in Şura sədri Nailə Zeynalova TEC-in 2017-2018-ci tədris ilindəki fəaliyyətinin hesabatını verdi. Hesabatdan sonra konfrans işini TEC-in Şura üzvlərinin seçkisi ilə yekunlaşdırdı. Səsvermə yolu ilə Nailə Zeynalova TEC-in Şura sədri seçildi.
 
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az