Əsas səhifə | Xəbərlər | “Sağlam düşüncə sağlam cəmiyyətdir” mövzusunda təlim keçirildi
“Sağlam düşüncə sağlam cəmiyyətdir” mövzusunda təlim keçirildi
Təhsil Nazirliyi ilə Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin (ƏSMİD) dəstəyi ilə dekabrın 21-də universitetdə “Sağlam düşüncə sağlam cəmiyyətdir. Sağlamlıq imkanları məhdud şəxslərlə davranış qaydaları” mövzusunda təlim keçirildi.
Tədbirdə ƏSMİD İB nəzdində fəaliyyət göstərən “Gənc Əlillərə Dəstək”mərkəzinin rəhbəri Səfanə Dadaşzadə iştirakçıları salamladı, təşkilatın yaranması, məqsədləri və əlilliyi olan şəxslərə davranış qaydaları haqqında geniş məlumat verdi. Bildirdi ki, əsas məqsəd ümumtəhsil məktəbləri və ali təhsil müəssisələrində təhsil alan yeniyetmə və gəncləri əlilliyi olan şəxslər barədə məlumatlandırmaq və sağlamlıq imkanları məhdud olan şəxslərlə davranış qaydaları haqqında maarifləndirməkdir. Səfanə Dadaşzadə əlilliyi olan gənclərə aid qanunvericilik aktları, bu sahədə təcrübələrin öyrənilməsi, ictimai davranış qaydaları, habelə əlil gənclərin mülki, siyasi, sosial, iqtisadi, mədəni hüquqlarının təmin edilməsi və s. mövzular üzrə təqdimatla çıxış etdi.
Qarabağ qazisi Vüsal Nəzərov, Aprel döyüşlərinin qazisi Hikmət Məmmədov, I qrup əlil yazar Samir İmanov çıxış edərək əlillərin cəmiyyətə inteqrasiyasının vacibliyindən, bu baxımdan maarifləndirici təlimin əhəmiyyətindən bəhs etdilər. Onlar ölkəmizdə əlil vətəndaşlara yüksək diqqət və qayğı göstərildiyini vurğuladılar.
Sonra Avropa İttifaqının maliyyə dəstəyi ilə çəkilmiş “Fərqliyik, bərabərik” adlı sənədli film nümayiş olundu.
Tələbələrin sualları cavablandırıldı.
 
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az