Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə SDU-nun professoru Cavanşir Məmmədov arasında müqavilə imzalandı
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə SDU-nun professoru Cavanşir Məmmədov arasında müqavilə imzalandı
İyunun 8-də Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşmaqla, elmi prioritetlərə uyğun olaraq keçirdiyi “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsinin (EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)) nəticələrini elan etdi. Müsabiqə çərçivəsində 69 fundamental-tətbiqi xarakterli və 2 xüsusi qalib layihə müəyyənləşdirilib və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun müvafiq Qərarı ilə təsdiq olunub. Layihələrin maliyyələşdirilmə həcmi 25-95 min manat arasında dəyişir. Cari müsabiqə üzrə ümumi maliyyələşdirilmə həcmi 4 milyon 90 min manat olub. Qalib gələn layihələr arasında Sumqayıt Dövlət Universitetindən üç layihə: birinci “Ali təhsil müəssisələrində multiixtisaslı mütəxəssislərin hazırlanmasında innovativ texnologiyaların transferinin rolu”, ikinci “Qeyri–xətti dinamik obyektlərin harmonik və impulsiv idarə təsirləri şəraitində optimal idarə metodlarının işlənməsi (neft emalı prosesləri nümunəsində)”, üçüncü “İnsanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişmiş torpaqlarda ekzodinamik və torpaqdaxili proseslər, ekoloji baxımdan normallaşdırılma və bu torpaqların keyfiyyətcə idarə olunma modelləri (Ceyrançöl timsalında)” yer aldı.
Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı drektoru Elçin Babayev və “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsinin (EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)) qalibi olmuş layihələrdən birinin rəhbəri Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov layihənin yerinə yetirilməsi haqqında müqavilə imzaladılar.
Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədovun “Ali təhsil müəssisələrində multiixtisaslı mütəxəssislərin hazırlanmasında innovativ texnologiyaların transferinin rolu” adlı layihədə rəhbər, həmrəhbər və icraçı olmaqla, 3 nəfər( baş məsləhətçi, rektor professor Elxan Hüseynov, professorlar: Məhəmməd Əhmədov, Cavanşir Məmmədov) fəaliyyət göstərəcəkdir. Layihənin icra müddəti 12 ay və ümumi büdcəsi 60 000 (altmış min) manat təşkil edir.
 
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az