Əsas səhifə | Xəbərlər | Sumqayıt şəhər ümumtəhsil məktəblərinin XI sinif şagirdləri Sumqayıt Dövlət Universitetində qonaq oldular
Sumqayıt şəhər ümumtəhsil məktəblərinin XI sinif şagirdləri Sumqayıt Dövlət Universitetində qonaq oldular

Bu gün Ulu öndər Heydər Əliyevin cəmiyyətin ümumi tərəqqisində təhsilin roluna verdiyi önəmi yüksək səviyyədə davam etdirən dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi sistemli, ardıcıl tədbirlər planı milli təhsilimizin uğurlarını ildən-ilə artırır. Bu baxımdan təhsil sahəsində əldə edilən hər bir yüksək nəticə işıqlı sabahımızdan və gələcəyimizdən xəbər verir. Məqsədyönlü islahatların həyata keçirilməsi, dünya təcrrübəsindən bəhrələnmək inkişafımızı göstərir. Milli dəyərlərimizi qoruyub saxlamaqla Avropa standartlarına yiyələnmək, gənclərimizi müasirliyə alışdırmaq çox vacib amillərdəndir.
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyənləşdirilmiş mühüm əhəmiyyətli tədbirləri xüsusi ilə qeyd etməliyik. Belə ki, Dövlət Strategiyasının əsas hədəflərinə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq, hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun, eləcə də insan resurslarının inkişaf etdirilməsi sahəsində bir sıra qərarlar verilmişdir. Bütün bunlar texnologiyaları çevik mənimsəməyə, əmək bazarında layiqli yer tutmağa və daimi təhsil prosesinə qoşulmağa imkan verən strateji məqamlardır. Dövlət Strategiyasının qəbulundan sonra Təhsil Nazirliyi tərəfindən təhsilin bütün pillə və səviyyələrini əhatə edən sistemli tədbirlər həyata keçirilib. Dövlət Strategiyasında nəzərdə tutulan əsas hədəflərin həyata keçirilməsi və ümumi təhsil sistemində aktual problemlərin həlli məqsədilə ümumi təhsil məktəblərində həyata keçiriləcək islahatların ən vacib prioritetləri elan olunub. Burada əsas məqsəd məktəblərdə sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəbin idarə olunmasının müasir tələblər səviyyəsinə qaldırılmasından ibarətdir.
Təhsil naziri Mikayıl Cabbarovun qarşısına qoyduğu məqsəd “Təhsil sistemi müstəqil Azərbaycanın milli dəyərlərini mənimsəmiş vətəndaş formalaşdırmalı, qloballaşan və müasir dünyada rəqabətədavamlı, peşəkar kompetensiyalara və biliklərə malik bir insan yetişdirməkdir. Ölkəmizin təhsil sisteminin və infrastrukturunun inkişaf səviyyəsinin dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılması isə əsas hədəflərdən biridir. Buna misal olaraq "Sabahın alimləri" IV Respublika müsabiqəsinin keçirilməsinin əsas məqsədinin yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarətdir. İnnovativ fikir yarışması olan bu müsabiqənin gənclərə müxtəlif problemlərin elmi həll yollarını axtarıb tapmağa kömək etməkdir. Universitetimizin Fizika və Elektroenergetika fakültəsinin dosenti Samir Orucovun rəhbərliyi altında bu müsabiqədə Sumqayıt şəhərinin TETG, TTEL, “Təfəkkür” liseyi, “İstedad” liseyi, 31, 21 və 9 saylı ümumi təhsil müəssisələrinin IX-XI-ci siniflərdə təhsil alan 39 şagird 19 layihə ilə iştirak edirdi. Müsabiqəyə təqdim olunan bu layihələrdən 6-sı II və III yerlərə layiq görüldü və onların müəllifləri olan  şagirdlər gümüş və bürünc medallarla təltif olundular.
Bu məqsədlə də universitetimizdə Sumqayıt şəhər ümumtəhsil orta məktəblərinin XI sinif şagirdlərinə gələcək  düzgün ixtisas seçiminə köməklik göstərmək məqsədilə görüş təşkil  olundu.
Qonaqları səmimi qarşılayan universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Nizami Namazov  salamladı və onlara universitetimizin tarixi haqqında qısa məlumat  verdi və universitetin dekan və professor-müəllim heyətini təqdim etdi. Universitetimiz haqqında video çarx şagirdlərin marağına səbəb oldu.      Sonra şagirdlər gələcəkdə imtahan verəcəkləri qruplara uyğun olaraq dekanların rəhbərlikləri altında fakültələrlə tanış oldular.  Şagirdlər yüksək texniki tələblərə cavab verən  və Avropa təhsil sisteminin standartlarına uyğun gələn laboratoriyalarda, proyektorlarla, elektron (ağıllı) lövhələrlə təchiz olunmuş  auditoriyalarda oldular. Şagirdlərə təhsil sisteminin informasiyalaşdırılması istiqamətində də ciddi işlər görüldüyü barədə məlumat verildi. Vurğulandı ki, sürətli internet şəbəkəsinə qoşulma imkanı tələbə və müəllimlərin  tədris prosesində  yeni texnologiyalarla  təhsil almasına şərait        yaradır.
Universitetin Heydər Əliyev Mərkəzində  Azərbaycan dövlətinin memarı və qurucusu   Heydər Əliyevin qranitdən hazırlanmış barilyefi, ona aid kitablar və sənədlər şagirdlərin marağına səbəb oldu.
Tədrisin keyfiyyətinin qaldırılması üçün kitabxananın müasir səviyyədə qurulması və zənginləşdirilməsi də olduqca vacibdir. Son dövr ərzində respublika milli kitabxanasından və digər qurumlardan 3000-nə yaxın dərs vəsaiti, monoqrafiyalar alınmışdır. Hazırda isə elektron kitabxana sistemi yaradılmışdır.
Şagirdlərə o da bildirildi ki,  əmək bazarı öyrənilməklə SDU-da pedaqoji və mühəndis kadrları hazırlayan yeni ixtisaslar yaradılmışdır.
Xarici dil, riyaziyyat və informatika, tarix və coğrafiya, ibtidai sinif, məktəbəqədər təlim və tərbiyə, kompüter elmi üzrə ixtisaslara tələbə qəbulu həyata keçirilir. Bundan əlavə dörd fakültədə rus dili ixtisasları açılmışdır. Şagirdlər bu ixtisasları seçməklə yüksək bilik, savad əldə etmək imkanı qazanacaqlar.
Bundan sonra belə görüşlər hər şənbə davamlı olaraq keçiriləcəkdir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az