Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edildi
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edildi
Dekabrın 28-də Sumqayıt Dövlət Universitetində 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirildi.
Universitetin rektoru professor Elxan Hüseynov tədbir iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etdi, ən xoş arzularını çatdırdı, bu əlamətdar günün əhəmiyyətindən, dünya azərbaycanlılarının birlik və həmrəyliyindən bəhs etdi. Bildirdi ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Rektor bu tarixi günün qeyd olunmasında respublikanın inkişafının möhkəm təməlini qoyan ümummilli lider Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən, dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsindən və bununla bağlı uğurlu dövlət siyasətindən danışdı. Diqqətə çatdırdı ki, ümummilli lider dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir. Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var. Rektor onu da qeyd etdi ki, yola salmağa hazırlaşdığımız 2018-ci il xalqımızın həyatında bir sıra hadisələrlə yadda qalmışdır. Bu il xalqımızın tarixində şərəfli yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edildi, Prezident cənab İlham Əliyevin fəaliyyəti nəticəsində bütün sahələrdə davamlı tərəqqi təmin edildi. Sumqayıt Dövlət Universitetində 2018-ci ildə görülən işlərdən və əldə olunan nailiyyətlərdən söhbət açan rektor ali məktəbin tələbələrinin iştirak etdikləri beynəlxalq konfrans, intellektual oyun və digər yarışmalarda fərqləndiklərini, uğur qazandıqlarını vurğuladı. 2019-cu ilin daha uğurlu olacağına ümidvar olduğunu bildirən rektor bir daha kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik etdi, uzun ömür, möhkəm cansağlığı və firavan günlər arzuladı.
Tədbir universitetin “Səma” rəqs ansanblının, eləcə də tanınmış incəsənət xadimləri və müğənnilərin də iştirak etdiyi konsert proqramı ilə davam etdi.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az