Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində müəllimlərin əmək haqları artırıldı
Sumqayıt Dövlət Universitetində müəllimlərin əmək haqları artırıldı
Sumqayıt Dövlət Universitetində müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir uğurlu addım atıldı. Universitet müəllimlərinin əməkhaqları artırıldı.
Vətəndaşlara qayğı, onların maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması istiqamətində aparılan işlər Azərbaycan dövlətinin prioritetlərindəndir. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursda sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir.
Sumqayıt Dövlət Universitetində də Azərbaycan dövlətinin siyasi kursunu rəhbər tutaraq müəllimlərin maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə Elmi Şuranın 23.01.2019-cu il tarixli iclasında müəllim heyətinin elmi-pedaqoji fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında qərar qəbul edildi və universitet rektorunun R-09 saylı, 24.01.2019-cu il tarixli əmri ilə müəllim heyətinin əməkhaqları artırıldı.
Yeni qərara əsasən fevralın 1-dən etibarən aylıq əməkhaqqı artımı 284 nəfər müəllim heyətinə şamil olundu. Bu da müəllimlərin əməyini stimullaşdırır və fəaliyyətinin inkişaf etdirilməsinə motivasiya yaradır. Bu cür addımlar gələcəkdə də davam etdiriləcək.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az