Əsas səhifə | Xəbərlər | Əməkdaşlar arasında “Nəsimi ili” nə həsr olunmuş idman yarışı yekunlaşdı
Əməkdaşlar arasında “Nəsimi ili” nə həsr olunmuş idman yarışı yekunlaşdı
Prezident cənab İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq, fevralın 7-də Sumqayıt Dövlət Universiteti və SDU-nun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarının fakültələrarası 3 idman növü (dama, şahmat və nərd) üzrə yarışlarına start verildi.
Cənab İlham Əliyevin “Nəsimi ili” ilə əlaqədar Sərəncamı bu böyük şəxsiyyətin yaradıcılığına göstərilən böyük ehtiramdır. Bu il həm ölkəmizdə, həm də xaricdə müxtəlif tədbirlər, sərgilər, ədəbi-bədii axşamlar təşkil edilir. Hazırda əməkdaşlar arasında keçirilən idman yarışı bu qəbildən olan ilk tədbirlərdəndir. Belə yarışların təşkili əməkdaşların idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsinə xidmət edir.
İdmana dövlət qayğısı ilbəil artır. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr əldə edirlər. Sumqayıt Dövlət Universiteti də dövlətimizin idmana göstərdiyi qayğıdan ruhlanaraq bu sahənin inkişafına öz töhfələrini verir. Hal-hazırda idman klubumuzda futbol, stolüstü tennis, badminton, atıcılıq, voleybol, şahmat, dama və sağlamlıq qrupunda əməkdaşlar və tələbələr müntəzəm olaraq, məşğul olurlar. Bunun nəticəsi olaraq, SDU-nun tələbələri və əməkdaşları şəhər, respublika və ali məktəblər arasında keçirilən yarışlarda fəal iştirak edir, nailiyyətlər əldə edirlər.
Qeyd edək ki, yarışa ilk olaraq dama idman növü üzrə əməkdaşlar qatıldılar. 8 komanda öz bacarıqlarını sınadı. Yarışlar 2 yarımqrupda keçirildi. Yarışların nəticələrinə görə Mühəndislik fakültəsi I yer, Kimya və biologiya fakültəsi II yer, Tarix və coğrafiya fakültəsi III yerə çıxdılar.
Şahmat üzrə yarışda zəka sahibləri olan Sumqayıt Dövlət Universiteti və SDU-nun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşları qüvvələrini sınadılar. Ümumi nəticəyə görə Mühəndis fakültəsi I yer, Kimya və biologiya - II yer, Fizika və elektroenergetika - III yer, Filologiya - IV yer, Riyaziyyat - V yer, İqtisadiyyat və idarəetmə - VI yer, Tarix və coğrafiya - VII yer, SDTK - VIII yerə çıxdılar.
Nərd üzrə yarışda Kimya və biologiya fakültəsi - I yer, İqtisadiyyat və idarəetmə fakültəsi - II yer, Mühəndislik fakültəsi - III yerə çıxdılar.
Yarışlar fevralın 7-dən 14-dək davam etdi.
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az