Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin “Subaylar” komandası final mərhələsinə yüksəldi
Universitetimizin “Subaylar” komandası final mərhələsinə yüksəldi
Həyata keçirilən gənclər siyasəti ölkənin intellektual potensialının inkişafına təkan verən amillərdəndir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Bu gün dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilərək bütün sahələrdə öz sözünü deyir və potensial imkanlarını ortaya qoyur. Gənclərin istedadının üzə çıxarılması üçün dövlət xüsusi layihələr həyata keçirir. Azərbaycanın aparıcı dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha səmərəli istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir. Dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində maraqların təmsil edilməsi, tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi, eləcə də aktyorluq bacarığı olan gənclərin üzə çıxarılması məqsədilə Sumqayıt Dövlət Universitetində lazımi şərait yaradılmış və bu istiqamətdə mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, tələbələrimiz universitetlərarası Şən və Hazırcavablar Klubunun yarışlarında, musiqi və şeir dərnəklərində, gənclər arasında keçirilən müxtəlif müsabiqələrdə fəal iştirak edərək kuboka layiq görülürlər.
Fevralın 15-də Gənc Tamaşaçılar Teatrında Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə 2018–2019-cu tədris ilində ali təhsil müəsissələri arasında keçirilən Azərbaycan Regional Şən və Hazırcavablar Klubunun TV Liqasının 1/2 mərhələsinin II oyunu keçirildi. Liqada müxtəlif universitetlərdən olan 9 komanda iştirak etdi. Qeyd edək ki, yarışda Sumqayıt Dövlət Universitetini “Subaylar” komandası təmsil etdi. Klubun bədii rəhbəri Məcid Hüseynovun gərgin əməyi sayəsində komandamızın hazırladığı səhnəciklər iştirakçıların böyük marağına səbəb oldu. Komandamız müvəffəqiyyətli çıxışına görə final mərhələsinə yüksəldi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az