Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Rektor payız semestrinin imtahan sessiyasından sonra tələbələrlə görüşdü
Rektor payız semestrinin imtahan sessiyasından sonra tələbələrlə görüşdü
Sumqayıt Dövlət Universitetində tələbələrlə rəhbərlik arasında təşkil olunan silsilə görüşlərin davamı olaraq payız semestrinin imtahan sessiyasından sonra fevralın 19-da tələbələrin təhsili ilə yanaşı, onların sosial-məişət şəraitinin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə universitetin rektoru professor Elxan Hüseynov tələbələrlə görüşdü, onların problemləri və asudə vaxtlarının səmərəli təşkil olnuması məsələləri ilə maraqlandı. Universitetdə son dövrlər görülmüş işlər haqqında məlumat verən rektor bildirdi ki, dünya təhsil sisteminə, xüsusən də Avropa təhsil məkanına inteqrasiya, tədris prosesinin qabaqcıl təcrübədən faydalanmaqla təkmilləşdirilməsi məqsədilə bir sıra uğurlu layihələr həyata keçirilir. Həmçinin universitetdə yaradıcı fəaliyyəti stimullaşdıran bir mühitin bərqərar edildiyini, imtahanların obyektiv şəkildə keçirildiyini, yaradılan şəffaf mühit və şəraitin ilk olaraq tələbələrin biliklərinin düzgün qiymətləndirilməsinə istiqamətləndirildiyini qeyd etdi. Rektor son illərdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahənin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlardan danışdı. Prezident cənab İlham Əliyevin təqaüdlərin artırılması barədə verdiyi son sərəncamlar tələbələrin sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı, təhsil üçün çox vacib olan istiqamətin - onların akademik göstəricilərinin yüksəldilməsi üçün mühüm addım olduğunu vurğuladı. Əminliklə bildirdi ki, bu da tələbələrin akademik göstəricilərinin yaxşılaşdırmasına böyük stimul olacaq.
Görüşdə rektor universitetin maddi-texniki bazasının müasir standartlara uyğun yenidən qurulmasının tədrisin keyfiyyətinin yüksəldilməsinə əlverişli zəmin yaratdığını bildirdi. Universitetin bütün laboratoriyaları tamamilə yenilənib, müasir avadanlıqla təchiz edilib və yeni təcrübə bazaları yaradılıb. Yeni yaradılan laboratoriyaların ölkənin tərəqqisi üçün çox mühüm olan bir sahəni ixtisas seçmiş tələbələrin lazımi bilik, vərdiş və bacarıqları əldə etməsində faydalı bir tədris vasitəsi olaraq tələbələrin praktiki bilik və bacarıqlarının inkişafında, innovasiyalı layihələrin işlənməsində, tələbələrin ideyalarının reallaşdırılmasında mühüm rol oynayacağını qeyd etdi. Tələbələrin dərsə davamiyyəti, onların dərslərdəki göstəriciləri, tədris prosesini tam mənimsəməsini və universitetimizdə fəaliyyət göstərən Linqvistik Mərkəzdə dil biliklərini artırmalarını tövsiyə etdi. Rektor onu da diqqətə çatdırdı ki, bir qrup məzunumuz 2018–2019-cu tədris ilindən laborant, mütəxəssis, müəllim kimi fəaliyyətə başlamışdır. Sizlərə də onların sırasında olmağı arzu edirəm.
Tələbələrin təhsili, sosial vəziyyəti ilə maraqlanan rektor onların hər birini dinlədi, səmimi söhbət apardı.
Tələbələr də yaradılan şəraitə, onların problemlərinin həllinə həssas yanaşıldığına görə universitetin rektoruna təşəkkürlərini bildirdilər.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az