Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Azərbaycan qadınının uğurlarının təməli- Ümummilli lider Heydər Əliyev” mövzusunda növbəti məşğələ
“Azərbaycan qadınının uğurlarının təməli- Ümummilli lider Heydər Əliyev” mövzusunda növbəti məşğələ
Fevralın 28-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində “Azərbaycan qadınının uğurlarının təməli - Ümummilli lider Heydər Əliyev” mövzusunda növbəti məşğələ keçirildi.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru professor Elxan Hüseynov qadınlarımızın cəmiyyətimizdəki aparıcı rolundan bəhs edərək bildirdi ki, Azərbaycan qadını mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış, müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə etmişdir. Ümummilli lider Heydər Əliyevin siyasətində qadına diqqət və qayğının mühüm bir istiqamət təşkil etdiyini, həmin siyasətin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək Vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər. Təhsil sahəsində isə qadınlarımızın fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Ölkəmizin çoxminli xanım müəllimləri öz səmərəli fəaliyyətləri ilə gənc nəslin yüksək səviyyəli, fəal mövqeli, xalqına, dövlətinə sadiq, müasir dünyada gedən proseslərdən baş çıxarmağı bacaran kamil vətəndaşlar kimi yetişməsi işində böyük rola malikdirlər. Rektor Azərbaycan xalqının tarixi-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik mədəniyyətinin təbliğində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin örnək olduğunu, öz xidmətləri ilə Azərbaycan qadınının, Azərbaycan xanımının obrazını canlandırdığını, gördüyü işlərin beynəlxalq miqyasda da yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.
Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor, Əməkdar jurnalist Avtandil Məmmədov “Azərbaycan qadınının uğurlarının təməli- Ümummilli lider Heydər Əliyev”, Kimya və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Musa Mustafayev “İlham Əliyevin dövlət siyasətində qadın amili”, Kimya və onun tədrisi metodikası kafedrasının professoru, Əməkdar müəllim Muxtar Səmədov “Azərbaycan qadınının simvoluna çevrilmiş xanım - Mehriban Əliyeva dövlət idarəçiliyində”, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, Tarix və coğrafiya fakültəsinin dekan müavini Osman Hacıyev “Azərbaycan Respublikasında uğurlu gender siyasəti”, Filologiya fakültəsinin II kurs tələbəsi Rəmayə Mustafayeva “İDEA İctimai Birliyinin Azərbaycan ictimai siyasi həyatında rolu” mövzularında çıxış edərək cəmiyyətdə və ailədə xalqımızın milli-mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolundan danışdılar. Bildirdilər ki, Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi, ilk növbədə, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində böyük işlər görüldüyünü və bu məsələnin hər zaman diqqətdə saxlanıldığını vurğuladılar. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə gender siyasəti, ailə və uşaqlara dövlət qayğısı istiqamətində geniş tədbirlər hayata keçirildiyini, 2006-cı ildən etibarən Azərbaycanda gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunlar qəbul olunduğunu, bu qanunların qəbul edilməsində ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da böyük dəstəyini qeyd etdilər. Bütün bunların qadınlara cəmiyyətin müxtəlif sahələrində daha fəal iştirak etməyə imkan verdiyini vurğuladılar.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az