Sumqayıt Dövlət Universitetində yerinə yetirilən  4 TEMPUS layihələrindən biri də “İsraildə, Azərbaycanda və Qazaxıstanda Yerin eko sisteminin kosmik vasitələrlə  monitorinqi  sahəsində ali təhsilin təkmilləşdirilməsi”  ( SESREMO ) layihəsidir. Layihənin koordinatorları Berlin Texniki və Tallin  Texnologiya universitetləridir. Layihədə, həmçinin İsraildən, Qazaxıstandan və  Azərbaycandan 15 universitet, nazirlik və təşkilatlar iştirak edirlər.
  Layihənin əsas məqsədi seçilmiş İsrail, Azərbaycan və  Qazaxıstan universitetlərinə obyektlərin məsafədən təyin edilməsi üzrə iki pilləli  proqramların təklif edilməsində və hazırlanmasında bu sahədəki yeni inkşaflara,  əmək bazarının tələbatlarına və Boloniya prinsiplərinə, Buxarest kommünikesinin  sonuncu tövsiyyələrinə və qabaqcıl təcrübəyə uyğun olaraq köməklik etməkdir.
  Layihənin həyata keçməsi üçün aşağıdakı tərkibdə  işçi qrupu yaradılmışdır: koordinator - Qiyabi, distant və əlavə təhsil üzrə  prorektor, dos. Qafar Atayev, tədqiqatçılar: rektorun müşaviri, dos. Ulduz Ağayev,  Kimya və biologiya fakültəsinin dekanı, dos.  Mahal Muradov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, dos. Turqay Hüseynov,  Fizika və elektroenergetika fakültəsinin dekan müavini, dos. Ramiz Hüseynov,  Fiziki coğrafiya kafedrasının müdiri, prof. Tahir Ağayev,  Ekologiya və təbiətdən istifadə kafedrasının  assistenti Azadə Əliyevadır.
  Layihə çərçivəsində magistr hazırlığının üç tədris  planı analiz olunmuşdur. Analizin nəticəsinə görə təkmilləşdirmə üçün fənnlər  seçilmişdir. 
  Universitetin iki müəllimi: dos. Ramiz Hüseynov və  prof. Tahir Ağayev 31 oktyabr - 14 noyabr   2014-cü il tarixində Tallin Texnologiya Universitetində təkmilləşdirmə  kurslarında iştirak etmişlər. 
  Layihə çərçivəsində bir GeoNetCast terminal daxil  olmaqla 12 kompüterlə təchiz olunmuş  sinifin  və GS yerüstü təcrübi stansiyanın yaradılması nəzərdə tutulur.  
  25 may – 07 iyun tarixində layihə çərçivəsində  Tvente Universitetində növbəti təkmilləşdirmə kursunun keçirilməsi nəzərdə  tutulur. Sumqayıt Dövlət Universitetindən təkmilləşdirmədə dos. Qafar Atayevin  və dos. Ulduz Ağayevin iştirakı nəzərdə tutulub. 
  Layihə davam edir.
Mətbuat xidməti