Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “I2B - İdeyadan Biznesə” layihəsi çərçivəsində tələbələrimizin “Part of me”, “Keep hot” və “Military modul” layihələri qalib oldu
“I2B - İdeyadan Biznesə” layihəsi çərçivəsində tələbələrimizin “Part of me”, “Keep hot” və “Military modul” layihələri qalib oldu
Sumqayıt şəhərinin ən uğurlu startap layihələri artıq bəllidir. “I2B - İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən startap turunun növbəti ünvanı Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi oldu.
Martın 6-da baş tutan startap turuna Sumqayıt Dövlət Universiteti və onun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecindən 100-dən çox iştirakçı qatıldı.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell” şirkətləri tərəfindən birgə həyata keçirilən “I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində baş tutan turlar startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının gerçəkləşdirilməsinə dəstək məqsədi ilə reallaşdırılır.
İdeyası olan iştirakçılardan ibarət 10 komanda formalaşdırıldı və komandalar peşəkar mentorlar tərəfindən müsabiqəyə hazırlandı.
Müsabiqədə komandalar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim etdilər. Komanda rəhbərlərinin təqdimatlarından sonra sual-cavab və layihənin müzakirəsi aparıldı.
İkinci hissənin sonunda mütəxəssislərdən ibarət münsiflər Sumqayıt şəhəri üzrə I, II və III yerlərin qaliblərini müəyyənləşdirdilər.
Müsabiqədə I, II və III yerlərə Sumqayıt Dövlət Universitetinin tələbələrinin müvafiq olaraq “Part of me”, “Keep hot” və “Military modul” layihələri layiq görüldü. Tədbirin yekununda qaliblər təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırıldılar.
Qeyd edək ki, respublikanın rayon və şəhərləri üzrə startap turlarının qalibləri Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanır. Milli Finalda 1-ci, 2-ci və 3-cü yerləri tutan komandalar layihədə nəzərdə tutulmuş əsas mükafatlara sahib olacaqlar.
Bundan əlavə, startap turları çərçivəsində qalib gələn layihələr mentor xidmətləri, investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin olunacaq.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az