Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sosioloqlar təcrübədə
Sosioloqlar təcrübədə
İstehsalat təcrübəsi təhsil prosesinin tərkib hissəsidir və professional fəaliyyət növünün formalaşmasında mühüm əhəmiyyətə malikdir. O cümlədən tələbələrin nəzəri biliklərinin istehsalatda tətbiqinə geniş imkanlar yaradır. Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin IV kurs tələbələri Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsində istehsalat təcrübəsi keçirlər.
Qeyd edək ki, təcrübə fevralın 18-dən başlayaraq mayın 24 –dək davam edəcək. Təcrübə müddətində tələbələr bir sıra təlimlərdə və yardım tədbirlərində fəal iştirak etmişlər. Belə ki, tələbələr fevralın 20-də Xırdalanda yerləşən “Carlsberg Az” zavodunda baş verən FH ilə əlaqədar təlimdə iştirak etdilər. Təlimdə yaralılar ilkin tibbi yardım maşınları ilə xəstəxanaya yola salındılar. Fevralın 22-də tələbələr Sumqayıt şəhər Dram Teatrında “Narkomaniyaya yox deyək” adlı tamaşaya baxdılar. Mart 1-də isə Sumqayıt şəhər 4№li tam orta məktəbdə baş verən FH ilə əlaqədar təlimdə iştirak etdilər.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az