Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Müasir fizikanın fəlsəfi problemləri” mövzusunda seminar keçirildi
“Müasir fizikanın fəlsəfi problemləri” mövzusunda seminar keçirildi
Martın 11-də Fizika fakultəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə hər il martın 27-nin Azərbaycan Respublikasında “Elm günü” elan edilməsi münasibətilə “Müasir fizikanın fəlsəfi problemləri” mövzusunda seminar keçirildi. Seminarda fakültə dekanları, professor-müəllim və tələbə heyəti iştirak etdilər.
Seminarı giriş sözü ilə Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova açaraq bugünkü seminarın əhəmiyyətindən danışdı. Bildirdi ki, elmin inkişafı strategiyasının işlənilməsi istiqamətində müasir fizikanın və ona bağlı olan elmlərin tətbiqi sahələr ilə əlaqəsinin aydınlaşdırılması və bu əlaqələrin müəyyənləşdirilməsi yollarının axtarılması zərurəti gündəmdədir.
İnanıram ki, seminar elmin müxtəlif sahələrinin kəşisməsində aparılan tədqiqatların səmərəliliyinin artmasına öz töhfəsini verəcək.
Fəlsəfə, sosiologiya və politologiya kafedrasının professoru Əziz Məmmmədov mövzu ilə bağlı ətraflı çıxış edərək bildirdi ki, Fizika təbiət haqqında elm olub, materiyanın müxtəlif formalarını, onun xassələrini və qarşılıqlı çevrilmələrini öyrənir. Fizikanın qanunauyğunluqları təbiətdə baş verən bütün hadisələrin, cansız və canlı materiyanın qarşılıqlı əlaqələrinin öyrənilməsində, elmi-texniki tərəqqinin inkişafında aparıcı rol oynayır. Bütün bunlar fizika elminin inkişafı, onun qanunları və qanunauyğunluqları sayəsində mümkün olmuşdur. Cəmiyyətin sosial-iqtisadi inkişafı fizikanın nailiyyətləri ilə əlaqəli surətdə elə qurulmuşdur ki, hazırda müasir həyatı fizikasız təsəvvür etmək mümkün deyildir. Belə ki, sənayeyə, kənd təsərrüfatına, nəqliyyat və rabitəyə, informasiya-kommunikasiya texnologiyalarına, mədəniyyətin müxtəlif sahələrinə, təbabətə və insanların məişətinə geniş tətbiq olunan texnikanın sürətli inkişafı, müxtəlif texniki qurğuların hazırlanması və istismarı kəşf olunan, öyrənilən hadisələrin və təbiət qanunlarının tətbiqinə əsaslanır. Müasir dövrdə elmi tədqiqatda sinergetikanın rolundan bəhs edən professor bildirdi ki, Sinergetika elmi tədqiqatların kəsişdiyi sahədir. Özünütəşkil əsasında təbiətin və ətraf mühitin vəziyyətini öyrənir. Özünütəşkil, təbiətin strukturlarının meydana gəlməsi, dayanıqlığı və məhv olması prosesini öyrənir. Sinergetika ümumilikdə 15 elmi özündə birləşdirir. Bu, yeni tədiqaqatların aparılmasına, yeni ideyaların ortaya çıxmasına təkan verir. Bu elmi Azərbaycanda populyarlaşdırmaq lazımdır.
Sonra seminar müzakirələrlə davam etdi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az