“Humanizm naminə” devizi altında qanvermə aksiyası keçirildi
						
						Sumqayıt Dövlət Universitetində daim  tələbələri maarifləndirmək məqsədilə AİDS, sağlamlıq, humanitar dəyərlərin  yayımı, ilk tibbi yardım mövzularında tədbirlər keçirilir. Belə tədbirlərdən  biri də aprelin 10-da Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi və Səhiyyə  Nazirliyi Sumqayıt şəhər Mərkəzi Qan Bankının təşkilatçılığı ilə “Humanizm  naminə” talessemiyalı xəstələrə yardım məqsədi ilə xeyirxah məramlı qanvermə  aksiyasıdır.
Aksiyanın keçirilməsində  əsas məqsəd    irsi qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək olmaq və  cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdən ibarətdir.
Universitetin tələbə və  əməkdaşları qanvermə aksiyasına könüllü qatıldı və bu cür aksiyaların təşkilini  yüksək qiymətləndirdilər.
Mətbuat xidməti