Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ERASMUS+EQAC LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ MƏLUMAT GÜNÜ
ERASMUS+EQAC LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ MƏLUMAT GÜNÜ
Martın 14-də Sumqayıt Dövlət Universitetinin müəllim heyəti, laborant və tütorları üçün ERASMUS+EQAC layihəsi çərçivəsində “Tədris və öyrənmə prosesində keyfiyyət təminatı” mözusunda məlumat günü keçirildi.
Tədbir Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova, şöbənin əməkdaşı Nihad Hüseynov, Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsinin əməkdaşı Sədaqət Fətullayevanın moderatorluğu ilə aparıldı.
Tədbirin keçirilməsində məqsəd layihənin iş planına uyğun olaraq, universitet heyətini EQAC layihəsi və yaradılacaq Keyfiyyət Təminatı Mərkəzinin fəaliyyəti haqqında məlumatlandırmaq, layihə çərçivəsində həyata keçirilmiş London səfərlərindən öyrənilən təcrübələri bölüşmək, eləcə də atılacaq növbəti addımlar – sorğular, monitorinq və müvafiq tədbirləri müzakirə etməyi təşkil edirdi.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov iştirakçıları salamlayaraq layihə haqqında ümumi məlumat verdi və sözü layihənin meneceri t.f.d. Samirə Məmmədovaya verərək tədbiri açıq elan etdi.
Samirə Məmmədova ERASMUS+EQAC layihəsi və Birləşmiş Krallığın Midlsaks Universiteti haqqında iştirakçılarda ümumi biliklərin yaranması üçün geniş təqdimatla çıxış etdi və təlimlərdə öyrəndiklərini bölüşərək universitetin beynəlxalq əlaqələrinin genişləndirlməsi üçün ERASMUS+KA2 layihələrinin vacibliyini vurğuladı, universitet heyətinin dil biliklərinin inkişaf etdirilməsini və xarici layihələr çərçivəsində mübadilədə iştirak etməyi tövsiyə etdi.
Şöbə əməkdaşı Nihad Hüseynov “Öyrənmə nəticələri” mövzusunda, Sədaqət Fətullayeva “Bloom taksonomiyası” mövzusunda təqdimatla çıxış etdilər.
Məlumat üçün qeyd edək ki, Middlesax universiteti 1878-ci ildə yaradılmışdır. 40000 tələbəsi vardır. Onun Malta və Dubayda filialları fəaliyyət göstərir.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az