Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşları ERASMUS+EQAC layihəsi çərçivəsində Sumqayıt Texniki Kollecində Məlumat günü təşkil etdilər
SDU-nun əməkdaşları ERASMUS+EQAC layihəsi çərçivəsində Sumqayıt Texniki Kollecində Məlumat günü təşkil etdilər
Martın 19-da Sumqayıt Dövlət Universitetinin EQAC heyəti Sumqayıt Texniki Kollecində Tədris və öyrənmə prosesində keyfiyyət təminatı mözusunda Məlumat günü təşkil etdi. Kollecin administrativ və müəllim heyəti tədbirdə iştirak edirdilər.
Kollecin Tədris işləri üzrə direktor müavini Əsəd Qurbanov qonaqları salamlayaraq tədbiri açıq elan etdi və sözü SDU-nun Beynəlxalq əməkdaşlıq şöbəsiin müidir t.f.d. Samirə Məmmədovaya verdi. Samirə Məmmədova Avropa Kommissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC layihəsi və Birləşmiş Krallığın Midlsaks Universiteti haqqında iştirakçılarda ümumi biliklərin yaranması üçün geniş təqdimatla çıxış etdi və təlimlərdə öyrəndiklərini bölüşərək universitetin beynəlxalq əlaqələrinin genişləndirlməsi üçün ERASMUS+KA2 layihələrinin vacibliyini vurğuladı, universitet heyətinin dil biliklərinin inkişaf etdirilməsini və beynəlxalq proqramlara müraciət etməyi tövsiyə etdi. Şöbənin əməkdaşları; Nihad Hüseynov İsveçin Kral Texnologiyaları Universitetindən, Litvanın SMK Sosial Tətbiqi Elmlər Universitetindən qazandığı təcrübələrini dinləyicilər ilə bölüşdü, o, “Öyrənmə nəticələri” və “QPR Proses proqramı”, Sədaqət Fətullayeva isə “Bloom taksonomiyası”, “Öyrənmə piramidası” mövzularında təqdimatla çıxış etdilər.
Tədbirin keçirilməsində məqsəd layihənin iş planına uyğun olaraq, universitet heyətini EQAC layihəsi və yaradılacaq Keyfiyyət Təminatı Mərkəzinin fəaliyyəti haqqında məlumatlandırmaq, layihə çərçivəsində həyata keçirilmiş Stokholm, Vilnus və London səfərlərindən öyrənilən təcrübələri bölüşmək, eləcə də atılacaq növbəti addımlar: sorğular, monitorinq və müvafiq tədbirləri müzakirə etmək təşkil edirdi.
Sonda suallar səsləndirildi və qarşılıqlı müzakirələr və fikir mübadiləsi aparıldı.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az