Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Nəsiminin fəlsəfi görüşləri” mövzusunda dəyirmi masa
“Nəsiminin fəlsəfi görüşləri” mövzusunda dəyirmi masa
Martın 28-də Elm günü ilə əlaqədar olaraq, Tarix və coğrafiya fakültəsinin Fəlsəfə, sosiologiya və politologiya kafedrasının təşkilatçılığı ilə müəllim və tələbə heyətinin iştirakı ilə “Nəsiminin fəlsəfi görüşləri” mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə açan Fəlsəfə, sosiologiya və politologiya kafedrasının müdiri dosent Səvvarə Rzaquliyeva tədbir iştirakçılarına dəyirmi masanın proqramı və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması barədə geniş məlumat verdi. Kafedranın əməkdaşlarından Jalə Fərhadova Nəsiminin həyatı, dosentlər Cavid Məmiyev Nəsiminin yaradıcılığı, Təzəgül Qasımova Nəsiminin fəlsəfi –siyasi görüşləri, fəlsəfə üzrə fəlsəfə doktoru, baş müəllim Osman Hacıyev sufilik və hürufilik haqqında, baş müəllim Zahid Bünyadov “Nəsimi” filmi haqqında, eləcə də kafedranın böyük laborantı Nailə Qasımova Nəsiminin fəlsəfi baxışlarında multikultural fikirlər barədə tədbir iştirakçılarına geniş məlumat verdilər.
Tədbirdə Tarix və coğrafiya fakültəsinin tələbələri: Əliyar Rəfiyev və İbrahim Qaniyev Nəsimi yaradıcılığına aid şeirlər səsləndirdilər.
Daha sonra “Nəsimi” filmindən fraqment nümayiş olundu.
 
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az