Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Bir könüllüdən min könüllüyə” adlı layihənin bağlanış seminarı keçirildi
“Bir könüllüdən min könüllüyə” adlı layihənin bağlanış seminarı keçirildi
Martın 29-da Sumqayıt Dövlət Universistenində ”Bir könüllüdən min könüllüyə” adlı layihənin 10-cu və bağlanış seminarı keçirildi.
Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, ASAN Könüllülük Məktəbinin və ASAN Könüllüləri Təşkilatının təşkilatçılığı, ASAN Radionun informasiya dəstəyi ilə həyata keçirilir.
”Bir könüllüdən min könüllüyə” layihəsinin məqsədi ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan gənclər arasında könüllülük fəaliyyətinin təbliği və təşviqi, sosial xidmətlər sahəsində könüllü müraciətlərinin sayını və onların bu sahəyə marağını artırmaqdır.
Qeyd edək ki, tədbir 2 hissədən ibarət oldu. Birinci hissədə layihə rəhbəri Nərmin Cahangirova layihə barədə tələbələrə ətraflı məlumat verdi, daha sonra layihə spikeri ASAN könüllüsü olmuş və hal–hazırda ASAN xidmət mərkəzində fəaliyyət göstərən Abdulla Tağiyev “Könüllülüklə başlayan uğur” hekayəsini universitetin tələbələri ilə bölüşdü.
2-ci hissədə təlimçi Rəşad Məmmədov tələbələrə “Beynəlxalq Könüllülük proqramları və Azərbaycanda könüllülük hərəkatı” mövzusunda təlim keçdi və tələbələri maraqlandıran sualları cavablandırdı.
Sonda layihənin təşkilində fəallıq göstərən tələbələrə və layihə könüllülərinə sertifikatlar təqdim edildi.
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az