Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş tələbələr arasında idmanın 3 növü üzrə spartakiada keçirildi
Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş tələbələr arasında idmanın 3 növü üzrə spartakiada keçirildi
Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş Sumqayıt Dövlət Universiteti və SDU-nun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin tələbələri arasında idmanın 3 növü (stolüstü tennis, şahmat və voleybol) üzrə spartakiada keçirildi.
Yarışların keçirilməsində əsas məqsəd tələbələr arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə, onların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq və perspektiv, idmançıları aşkar etməkdir.
Aprelin 18-də fakültələrarası şahmat üzrə yarışların final mərhələsi keçirildi.
Yarışda 8 komanda, o cümlədən SDTK-nın komandası iştirak etdi. Yarış 2 yarım qrupda keçirildi. Hər qrupdan 2 komanda yarımfinala çıxdı. A qrupundan Kimya və biologiya və Riyaziyyat, B qrupundan İqtisadiyyat və idarəetmə ilə Tarix və coğrafiya fakültəsinin komandaları görüşdülər. Finalda isə Tarix və coğrafiya ilə İqtisadiyyat və idarəetmə fakültələrinin komandası görüşdü. Kimya və biologiya və Riyaziyyat fakültələri III yer uğrunda mübarizə apardılar. Ümumi nəticələrə görə, İqtisadiyyat və idarəetmə I yer, Tarix və coğrafiya II yer, Kimya və biologiya III yerə çıxdılar.
Aprelin 16-da universitetdə Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş tələbələr arasında spartakiadanın proqramına daxil olan voleybol üzrə final mərhələsi keçirildi. Yarışda 8 komanda, o cümlədən Sumqayıt Dövlət Texniki Kollecinin komandası da iştirak etdi. Yarış 2 yarımqrupda keçirildi. Hər yarımqrupda 4 komanda olmaqla, 2 komanda yarım finala çıxdı: A qrupundan Kimya və biologiya və İqtisadiyyat və idarəetmə, B qrupundan Tarix və coğrafiya, Fizika və elektroenergetika fakültəsinin komandaları.Sonra Kimya və biologiya və Fizika və elektroenergetika, İqtisadiyyat və idarəetmə,Tarix və coğrafiya komandaları yarışdılar. Finala Kimya və biologiya, İqtisadiyyat və idarəetmə fakültələrinin komandaları çıxdı. III yer uğrunda isə Fizika və elektroenergetika, Tarix və coğrafiya komandaları yarışdılar. Finalda Kimya və biologiya fakültəsi, İqtisadiyyat və idarəetmə fakültəsini məğlub edərək I yerə layiq görüldü. III yeri isə Tarix və coğrafiya fakültəsinin komandası tutdu.
Həmçinin stolüstü tennis üzrə yarış keçirilmişdir. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışlarda Kimya və biologiya I yer, Riyaziyyat II yer, Fizika və elektroenergetika fakültəsinin komandası III yerə layiq görülmüşdür.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az