Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş debat-natiqlik turnirinə start verildi
Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş debat-natiqlik turnirinə start verildi
Aprelin 20 -də Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı və Debat Klubunun təşkil etdiyi Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş “Beynəlxalq yarışların keçirilməsi ev sahibliyi edən ölkənin inkişafına müsbət təsir göstərir” mövzusunda debat-natiqlik turniri keçirildi.
Tədbirdə Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov Azərbaycanda gənclərə dövlət səviyyəsində göstərilən qayğıdan, prezident cənab İlham Əliyevin gənclərin inkişafı ilə əlaqədar imzaladığı sərəncamların əhəmiyyətindən, o cümlədən Sumqayıt Dövlət Universitetində tələbə-gənclər üçün yaradılmış şəraitdən danışdı, bu səpкili tədbirlərin gənclərin intellektual inkişafına müsbət təsirindən bəhs etdi. Bildirdi ki, universitetimizdə müntəzəm olaraq tələbələr arasında maarifləndirmə işləri aparılır, debat, elmi konfrans və seminar, simpozium, dəyirmi masalar keçirilir və tələbələrimiz fəallıq nümayiş etdirərək uğurla təmsil olunur.
Prorektor mövzu ilə bağlı fikirlərini bölüşərək ölkəmizdə keçirilən beynəlxalq yarışların, beynəlxalq tədbirlərin əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edir. Bu miqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi təsadüfi deyil, bu, əlbəttə, ölkəmizin beynəlxalq təşkilatlar qarşısında qazandığı reputasiyanın ifadəsidir.
Qeyd edək ki, Debat Forumunda 23 komanda iştirak etdi. Yarışı universitetimizin tələbələrindən ibarət hakimlərlə yanaşı, Debat Vətəndaş Cəmiyyətinin hakimləri idarə etdilər.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az