Əsas səhifə | Xəbərlər | “Narkomaniya və onun fəsadları -Sağlam həyat tərzi” maarifləndirmə tədbiri
“Narkomaniya və onun fəsadları -Sağlam həyat tərzi” maarifləndirmə tədbiri

 Universitetimizdə Tələbə Gənclər Təşkilatının dəstəyi ilə Kimya-biologiya fakültəsinin I-II kurs tələbələri üçün “Narkomaniya və onun fəsadları -Sağlam həyat tərzi” maarifləndirmə tədbiri keçirildi.
Tədbir “Narkomaniya və onun fəsadları -Sağlam həyat tərzi” adı daşımaqla siqaret və narkomaniyaya, HİV/AİDS və digər yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində tələbələrin məlumatlılıq səviyyəsinin artırılması məqsədi daşıyırdı.
Təlimçi İman Ağayev gənc tələbələrə siqaretin, narkotik vasitələrinin və spirtli içkilərin, ümumilikdə zərərli vərdişlərin qarşısının alınma yolları, HİV/AİDS  haqqında, bu xəstəliyin yoluxma yolları, İİV- infeksiyasının diaqnostikası və digər yoluxucu xəstəliklər, onlardan qorunma üsulları haqqında danışdı.
Təlimçi Azərbaycan dövləti tərəfindən gənclərin sağlamlığının qorunmasına, sağlam həyat tərzinin təbliği prosesinə xüsusi diqqət yetirildiyini vurğuladı.
Sonda tələbələrin fikirləri öyrənildi və suallar cavablandırıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az