Aprelin 14-də Sumqayıt Dövlət Universitetində Bakı Beynəlxalq  Multikulturalizm Mərkəzinin layihəsi əsasında  “Azərbaycan Multikulturalizmi” mövzusunda səyyar  mühazirə keçirildi.
Universitetin professor-müəllim və tələbə heyətinin  iştirak etdikləri tədbirdə Humanitar məsələlər üzrə  prorektor, dosent Nizami Namazov çıxışında Azərbaycanda qədim ənənələrə malik olan multikulturalizm  və tolerantlıq mədəniyyətinin ümummilli lider Heydər Əliyev tərəfindən dövlət  siyasətinin tərkib hissəsinə çevrilməsindən və Prezident İlham Əliyevin bu  siyasəti uğurla davam və inkişaf etdirməsindən, multikulturalizmin Azərbaycan  modelinin dünyaya nümunə kimi təqdim edilməsi istiqamətində atılan mütərəqqi  addımlardan danışdı.
Prorektor onu da vurğuladı ki, ölkədə  multikulturalizmin inkişafında ölkə rəhbəri ilə yanaşı, Heydər Əliyev Fondunun  Prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyəti təqdirəlayiqdir. Çünki etnik  qrupların milli mənsubiyyətlərinin qorunub saxlanmasında, onlar üçün yeni  məktəblərin istifadəyə verilməsində, mədəni, dini abidələrin bərpasında  Heydər Əliyev Fondunun da böyük xidmətləri  danılmazdır. 
Mən  hesab edirəm ki, “Azərbaycan Multikulturalizmi” layihəsi SDU-da təhsil alan  tələbələrin maarifləndirilməsində vacib rol oynayacaq.
Tədbirdə  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin baş  məsləhətçisi Rəvan Həsənov, Azərbaycan  Respublikasının multikulturalizm siyasətinin mahiyyəti, onun xüsusiyyətləri və  bu siyasətin XX əsrin sonu – XXI əsrin əvvəllərində uğurla həyata keçirilməsi  haqqında elmi cəhətdən əsaslandırılmış, sistemli təsəvvür yaratdı.
O, qeyd etdi ki, 15  may 2014-cü ildə  ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı  Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması Azərbaycançılıq məfkurəsinə  uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını  təmin etmək,  Azərbaycanı dünyada  multikulturalizm mərkəzi kimi tanıtmaq və  mövcud multikultural modelləri tədqiq və təşviq etmək mərkəzin qarşısına  qoyduğu əsas məqsəddir. Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyi  tərəfindən təsdiq olunan “Azərbaycan Multikulturalizmi: səyyar dərsləri”nin  təşkili ali təhsil müəssisələrində təhsil alan   tələbələr Azərbaycan tarixi, ədəbiyyatı, dövlət siyasəti və digər  mövzularda sistemli məlumatlar əldə edirlər.
Universitetin Fəlsəfə və hüquq  kafedrasının müdiri, professor Həsən   Sadıqov və Xarici dil kafedrasının müdiri, professor Nigar İsgəndərova  Azərbaycanın tarixən müxtəlif xalqların və dinlərin  nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olduğunu, Azərbaycanın  dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də  humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanındığını  diqqətə çatdırdılar.
Mətbuat xidməti