Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq
Mayın 7-də Mühəndislik fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Daim qəlbimizdə” adlı tədbir keçirildi.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə fakültənin dekanı dosent Ulduz Ağayev açaraq Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan geniş söhbət açdı. Bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, ölkəmizdə əldə edilən böyük inkişaf ümummilli liderimizin əzmkar, yorulmaq bilməyən fəaliyyətinin, onun müəyyənləşdirdiyi siyasi kursun nəticəsidir. Şərəfli ömrünün yarım əsrdən çox hissəsini Azərbaycan dövlətinin qorunmasına və möhkəmləndirilməsinə, vətənimizin tərəqqisinə və çiçəklənməsinə həsr edərək xalqımızın qəlbində özünə möhkəm abidə ucaltmışdır. Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi daim qəlbimizdədir.
Ümummilli liderin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbirdə tələbələr Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyətindən, Azərbaycan Respublikasının dövlətçiliyində onun xidmətlərindən, bu siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs etdilər. Ümummilli lider Heydər Əliyevin Azərbaycana, doğma xalqına həsr edilmiş ömür yolu bu günün və gələcəyin gəncləri üçün parlaq nümunə, tərbiyə məktəbi olduğunu bildirdilər.
Ulu öndərin keçdiyi şərəfli həyat yoluna həsr olunmuş videoçarx nümayiş etdirildi. Tədbir tələbələrin ifasında bədii kompozisiya ilə davam etdirildi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az