Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır” mövzusunda növbəti məşğələ
“Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır” mövzusunda növbəti məşğələ
Mayın 8-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır ” mövzusunda növbəti məşğələ keçirildi.
Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq bildirdi ki, bu günlər xalqımız Ulu öndər, dahi insan, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 96 illiyini böyük təntənə ilə qeyd edir. Dahi rəhbərin anadan olmasının ildönümü münasibətilə elə Sumqayıt Dövlət Universitetində müxtəlif tədbirlər, sərgilər, olimpiadalar keçirilir. Rektor Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən, həyata keçirdiyi islahatlardan və ölkəmizin müstəqilliyinin möhkəmlənməsi sahəsində gördüyü işlərdən danışdı, həyatını xalqına, Azərbaycanın inkişafına həsr edən dahi şəxsiyyətin bütün dövrlərdə ölkəmizin tərəqqisinə böyük önəm verdiyini vurğuladı. Bildirdi ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir. Dahi şəxsiyyət Heydər Əliyev keçmiş sovetlər dövründə və müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən respublikamız böyük inkişaf yolu keçmişdir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, eləcə də beynəlxalq təşkilatlarda təmsil olunmasında və xarici ölkələrlə əlaqələrin qurulmasında əsaslı dönüş yarandı. Rektor onu da vurğuladı ki, Azərbaycanın bugünkü inkişafı məhz Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin bəhrəsidir. Ümummilli liderin başladığı dövlət quruculuğu prosesi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev “Heydər Əliyev Azərbaycan Dövlətçiliyinin Memarıdır”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Azərbaycanı dünyaya tanıdan lider – Heydər Əliyev”, Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi Aytən Əsədova “Humanist həkim, dahi alim – Zərifə xanım Əliyeva”, İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Rabil Kərimov “Heydər Əiyev siyasi məktəbinin davamçısı Prezident İham Əliyev”, Tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi Sara Əlizadə “Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanınmasında rolu” mövzusunda məruzələrlə çıxış etdilər. Natiqlər Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının maraqlarının qorunması istiqamətində həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasətindən, böyük dövlət xadimi kimi xalqımızın taleyində oynadığı əvəzsiz rolundan söz açdılar. Bu gün Azərbaycanın müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi nəinki regionda, həmçinin bütün dünyada yüksək nüfuza sahib olduğunu diqqətə çatdırdılar. Qeyd etdilər ki, Ulu öndər cismən aramızda olmasa da, onun ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır.
Sonda ümummilli liderimizin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş tələbələrə YAP-ın vəsiqələri təqdim olundu.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az