Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş debat-natiqlik turnirinin final mərhələsi keçirildi
Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş debat-natiqlik turnirinin final mərhələsi keçirildi
Mayın 11-də Tələbə Gənclər Təşkilatı və Debat klubunun təşkil etdiyi Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş “Beynəlxalq yarışların keçirilməsi ev sahibliyi edən ölkənin inkişafına müsbət təsir göstərir” mövzusunda debat-natiqlik turnirinin final mərhələsi keçirildi.
TGT-nin sədri, baş hakim Nicat Hüseynov iştirakçıları salamladı, belə tədbirlərin müasir Azərbaycan gəncliyinin inkişafına böyük töhfə olduğunu bildirdi.
Tədbirdə Debat klubunun sədri Emil Məmmədov turnir haqqında hesabat verdi. Qeyd etdi ki, Debat Forumunda 23 komanda iştirak etdi. Yarışı universitetimizin tələbələrindən ibarət hakimlərlə yanaşı, Debat Vətəndaş Cəmiyyətinin hakimləri idarə etdilər.
Sonra “İstiqlal” və “Yeah Team” komandaları hamıdan güclü olduqlarını sübut edərək finala vəsiqə qazandılar. “İstiqlal ” komandası qalib olaraq kubok qazandı.
Ümumilikdə debat turnirindən sonra ən yaxşı natiq adını Anar Qurbanov, Ceyhun Əskərov, Günay Orucəliyeva qazandı. Bütün komandaların üzvlərinə sertifikatlar təqdim olundu.
TGT-nin sədri Nicat Hüseynov, Debat klubunun sədri Emil Məmmədov qalib debatçıları təbrik edərək onlara uğurlar arzuladılar.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az