Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “İqtisadi islahatlar: sahibkarlığın inkişafı və diversifikasiya” mövzusunda Beynəlxalq konfransda əməkdaşlarımız layihələrini təqdim etdilər
“İqtisadi islahatlar: sahibkarlığın inkişafı və diversifikasiya” mövzusunda Beynəlxalq konfransda əməkdaşlarımız layihələrini təqdim etdilər
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) “İqtisadi islahatlar: sahibkarlığın inkişafı və diversifikasiya” mövzusunda Beynəlxalq konfrans keçirdi.
Konfransda açılış nitqində Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev iqtisadiyyatın diversifikasiyası, sosial sferanın inkişafı, kiçik və orta sahibkarlığın inkişaf istiqamətlərində çoxsaylı hüquqi normativ aktlar imzalayıb. Qeyd olunan müxtəlif sektorlu islahatlar OECD tərəfindən müəyyən edilən müasir və beynəlxalq standartlarla eynilik təşkil edir. Buna görədir ki, Azərbaycanda sahibkarlıq sahəsində aparılan islahatlar Dünya Bankının “Doing Business” hesabatında yüksək qiymətləndirilib.”
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Əlaqələr Katibliyinin Avrasiya bölməsinin rəhbəri Vilyam Tomson, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Kənd Təsərrüfatı Nazirinin müavini İlhamə Qədimova, Kapital bankın Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə mövzu ilə bağlı çıxışlar etdilər. Beynəlxalq konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin EnterpriseAzerbaijan.com portalı menecer Aytən Məmmədova tərəfindən təqdim olundu.
Daha sonra konfransda Sumqayıt Dövlət Universitetinin Sənaye ekologiyası, elmi- tədqiqat laboratoriyasının əməkdaşları: Ruhəngiz Əmirova və İlhamə Hüseynova tərəfindən “Təmiz gübrə – Təmiz qida – Sağlam həyat! adlı layihələri əyani olaraq təqdim olundu. Layihədə qlobal çirklənmənin insan ömrünə birbaşa mənfi təsirindən danışıldı. Müasir dövrümüzdə artmaqda olan xəstəlikləri nəzərə alaraq, sağlam həyatın əldə olunması üçün təmiz qida, o cumlədən ekoloji təmiz gübrə istehsalı zərurəti ortaya çıxması, tullantıların miqdarının azaldılması, onların istifadə sahələrinin artırılması və daha sağlam mühitin yaradılması məqsədilə canlı orqanizmlərin (soxulcan) ifrazatından əmələ gələn təbii gübrənin hazırlanması layihəsi təqdim edildi. Hal-hazırda layihənin elmi-tədqiqat işləri Sumqayıt Dövlət Universitetinin Sənaye ekologiyası elmi–tədqiqat laboratoriyasının əməkdaşları tərəfindən davam etməkdədir. Layihə ilə bağlı görüşlər keçirilir.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az