Özünün inkişaf tempi ilə yeni mərhələyə qədəm qoyan  SDU-nun elmi əlaqələri günü -gündən genişlənməkdədir. Bu baxımdan əməkdaşlarımızın  xarici ölkələrdə təşkil olunan beynəlxalq konfranslarda universitetimizi  layiqincə təmsil etmələri də təqdirəlayiqdir. Universitetimizin TEC-nin(Tələbə Elmi  Cəmiyyəti) Elmi rəhbəri, Bərk cisimlər fizikası kafedrasının dosenti İslam  Paşayevin SDU-nun rektoru Elxan Hüseynovun 11.03.2015-ci il K-42/3 saylı əmri  ilə 6-10 aprel tarixlərində  Rusiya  Federasiyasının  Sankt-Peterburuq şəhərində  keçirilmiş “Saint-Petersburq OPEN-2015”optoelektronika, fotonika və nanostrukturlar  üzrə beynəlxalq konfransda iştirak etməsi dediklərimizin bariz nümunəsidir.  Dosent İslam Paşayevin bu konfransda Rusiya Elmlər Akademiyasının  vitse-prezidenti,  Nobel mükafatı  laureatı, Sankt Peterburq Akademik Universitetin rektoru, NANO strukturlar mərkəzinin  yaradıcısı, akademik Jores  Alfyorovun dəvəti ilə iştirak etməsini  xüsusi qeyd etmək lazımdır.
Akademik Jores  Alfyorov dosent İslam  Paşayevi şəxsən qəbul etmiş və optoelektronika,  fotonika və nanostrukturlar barədə fikir mübadiləsi aparmışdır. SDU-nun  dosenti İ.Paşayev səmimi qarşılanmaya görə təşəkkür etmiş və universitetimizin  rəhbərliyinin salamlarını ona çatdırmışdır. Akademik Jores İvanoviç Alfyorov  bildirmişdir ki, SDU əməkdaşının “Fizika i Texnika poluprovodnikov ” jurnalının  2014-cü ildə  çıxan sayında  dərc olunmuş məqaləsinə onun rəhbərlik etdiyi  laboratoriyanın əməkdaşları tərəfindən rəy verilimiş vəbu tədqiqatı aşağı  temperaturda davam etdirməyi məsləhət görmüşdür. İslam Paşayev akademikə  bu  təklifə görə təşəkkür etmiş, lakin  aşağı temperaturda tədqiqatı davam etdirməyin, yəni azot helium temperaturunda  işləməyin Sumqayıt Dövlət Universitetinin hələ imkanları xaricində olduğunu nəzərə  çatdırmışdır. Sonra  görüş NANO  texnologiya laboratoriyasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü f.r.e.d. A.E.Jukovun da iştirakı ilə davam  etdirilmiş və qərara alınmışdır ki, dosent İslam Paşayevin bu tədqiqatı Sankt  Peterburq Akademik  Universitetinin əməkdaşının  da  işə cəlb olunması ilə NANO  texnologiya laboratoriyasında davam etdirilsin ki, birgə nəticələr  əldə olunsun. Sonda akademik Jores İvanoviç  Alfyorov bildirmişdir ki,onun rəhbərlik etdiyi universitetSumqayıt Dövlət  Universiteti ilə professor-müəllim heyətinin   mübadiləsinə, tələbələrin qarşılıqlı elmi təcrübə keçmələrinə, bir sözlə,  qarşılıqlı- faydalı əməkdaşlığa hər zaman   hazırdır.
Konfransa  müxtəlif ölkələrdən 171 məruzə təqdim olunmuşdu. İslam Paşayev “Şottki diodunun  parametrlərinə müxtəlif xarici amillərin təsiri” mövzusunda çıxış etmiş, onun məruzəsi  maraqla dinlənilmiş və müzakirə edilmişdir.
Sonra universitetimizin dosenti konfransda iştirakını gənc alimlərin elmi işlərinin müzakirəsində  münsiflər heyətinin üzvü qismində davam  etdirmişdir.
Konfransın yekununda məruzələri ilə fərqlənən 10 nəfər  iştirakçıya, o cümlədən, SDU-nun dosenti   İslam Paşayevə konfransın proqram rəhbəri akademik Jores Alfyorovun  imzası ilə  diplom təqdim olunmuşdur.
Onu da qeyd edək ki, məruzələr  ingilis dilində "Saint-Petersburg  OPEN 2015" BOOK of ABSTRACTS 2nd İnternational School and Conference on  Optoelectronics,Photonics, Engineering and Nanostructures,April 6-8,  pp.32,2015. St. Petersburg, Russia” toplusunda çap olunmuşdur.
Mətbuat xidməti