Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Müəllimlərimiz İnklüziv təhsilin genişləndirilməsi layihəsi çərçivəsində növbəti təlimlərdə
Müəllimlərimiz İnklüziv təhsilin genişləndirilməsi layihəsi çərçivəsində növbəti təlimlərdə
Avropa İttifaqının maliyyə dəstəyi ilə UNİCEF və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən mayın13-dən 15-dək həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Bakı şəhərində inklüziv təhsil üzrə təlimin növbəti hissəsi Müəllimlərin Peşəkar İnkişaf İnstitutunda keçirildi. Təhsil Nazirliyi ilə birgə təşkil edilən təlimdə bir çox ali məktəblərlə yanaşı, Sumqayıt Dövlət Universiteti daxil olmaqla, təhsil müəssisələrini təmsil edən əməkdaşlar iştirak etdilər.Tədbirin məqsədi layihənin əhatə dairəsinə aid müəllimlərin təlim bacarıqlarını artırmaq və onları inklüziv təhsil sahəsində yeni tədris üsullarının tətbiqinə təşviq etməkdir. Təlimi beynəlxalq ekspertlər: Dr.Peter Grimes, Marieke Stevens, Arlene dela Cruz, Tricia Mercado, Kaisa Ligaya hazırlanmış proqram əsasında apardılar.
Təlimlərdə Sumqayıt Dövlət Universitetinin əməkdaşları: Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova, kafedranın əməkdaşları, dosentlər: Sevinc Kərimova, Sevər Mirzəyeva, baş müəllim Ayna Hacıyeva, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri tarix və onun tədrisi kafedrasının baş müəllimi t.f.d Samirə Məmmədova, Əlilliyi olan tələbələr üçün Mərkəzin müdiri və Xarici dillər kafedrasının baş müəllimi Təranə Quliyeva, Azərbaycan dili və onun tədris metodikası kafedrasının baş müəllimi Aynurə Bağırova iştirak etdilər.
Təlimin sonuncu günü müəllimlərə test imatahanı keçirildi. Cavablandırmaq üçün 90 dəqiqə vaxt təyin edilmişdi. İmtahanda açıq tipli suallar da vardı. Testin keçirilməsində məqsəd müəllimlərin fevral ayında qazandıqları biliklərin necə mənimsənilməsini müəyyənləşdirmək, növbəti təlim strategiyalarını təyin etmək idi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az