Əsas səhifə | Xəbərlər | SDTK-nın 60 illik yubileyinə həsr olunmuş “Zəka” bilik yarışı keçirildi
SDTK-nın 60 illik yubileyinə həsr olunmuş “Zəka” bilik yarışı keçirildi
Mayın 21-də Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyinə həsr olunmuş “Zəka” bilik yarışı keçirildi.
Tədbiri Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyeva açaraq kollektivi yubiley münasibətilə təbrik etdi, kollecin yaranma tarixin və Sumqayıt şəhərinin kimya sənayesinin inkişafındakı rolu haqqında geniş məlumat verdi. Bildirdi ki, kollec 1959-cu ildən fəaliyyət göstərir. Bu il kollecin 60 illik yubileyi qeyd ediləcək. Yubiley münasibətilə tədbirlər planı hazırlanmış və bu tədbirlər planına əsasən tələbələr arasında bilik yarışının keçirilməsi də nəzərdə tutulmuşdur. Dosent Mətanət Pirquliyeva iştirakçı komandalara uğurlar dilədi, təhsillərində yeni-yeni nailiyyətlər arzuladı.
Kollecin tərbiyə işləri üzrə direktor müavini Mehman İsmayılov yarışın qaydaları, doğru cavabların qiymətləndirilməsi barədə ətraflı məlumat verdi. Bildirdi ki, yarışın qaydalarına uyğun olaraq, 1-ci yer 150 manat, 2-ci yer 100 manat, 3-cü yerə layiq görülmüş komanda isə 50 manat pulla mükafatlandırılacaq.
Qeyd edək ki, bilik yarışı 2 mərhələdə keçirildi. Birinci mərhələdə ayrı-ayrı şöbələr üzrə müxtəlif ixtisaslardan 5 nəfərdən ibarət 8 komanda iştirak etdi və komandalar 30 sualı cavablandırdılar. Mərhələnin yekununda 4 komanda: “Gənc pedoqoqlar”, “NEO analitiklər”, “Energetiklər” və “Tələbə Gənclər Təşkilatı” final mərhələsinə yüksəldilər. Final mərhələsində 20 sual təqdim olundu. 2-ci mərhələnin nəticələrinə əsasən “Tələbə Gənclər Təkilatı” 1-ci yerə, “Gənc pedoqoqlar” 2-ci yerə, “NEO analitiklər” isə 3-cü yerə layiq görüldülər.
Sonda qalib komandalar mükafatlandırıldı.
 
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az