Əsas səhifə | Xəbərlər | Universitetimizdə Tempus layihəsi çərçivəsində işçi görüş keçirildi
Universitetimizdə Tempus layihəsi çərçivəsində işçi görüş keçirildi
Aprelin 14-də Sumqayıt Dövlət Universitetində (SDU) "Beynəlxalq əlaqələr sahəsində idarəçiliyin inkişaf etdirilməsi və təkmilləşdirilməsi (UNİVİA)" adlı Tempus layihəsi çərçivəsində işçi görüş keçirilmişdir. Həmin görüşdə layihənin koordinatoru olan Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşları B.Nəbiyeva, G.Vəliyeva, Avropa Komissiyasının layihələr üzrə eksperti, Böyük Britaniyanın Varvik universitetinin Beynəlxlaq Əlaqələr Şöbəsinin rəhbəri Ceyms Kennedi, həmin layihə üzrə SDU tərəfdən əlaqələndirici şəxs Xarici dillər kafedrasının müdiri f.e.d. N.İsgəndərova, layihənin tədqiqatçısı və SDU-nun Beynəlxalq Əməkdaşlıq Şöbəsinin (BƏŞ) metodisti S.Məmmədova, BƏŞ-nin müdiri dos.T.Hüseynov, şöbənin əməkdaşları D.Əmiraslanova, M.İbadova iştirak etmişlər. Görüşün məqsədi layihənin üş planına uyğun olaraq 1 il yarımda görülən işlərin monitorinqi, layihə ilə bağlı sənədlərin auditi keçirilmişdir.
Görüş zamanı layihənin gedişatı ilə bağlı işlər müzakirə edilmiş, Beynəlxalq sahədə mövcud imkanlar və perspektivlər haqda danışılmışıdr. Özünütəhlilin ilkin ekspertizası zamanı ekspertlər tərəfindən yaranan suallar ətrafında müzakirələr aparılmış və görüləcək işlər müəyyən edilmişdir. 
Universitetimiz UNİVİA Tempus layihəsi çərçicəsində Britaniyanın Varvik, İtalyanın Boloniya, İspanyanın Malaqa və Santyaqo de Kompostella, Ukraynanın Kiyev Milli İqtisadiyyat Universiteti və Poltava İqtisadiyyat və Ticarət Universiteti, Tacikistanın Xucand Dövlət Universiteti və Sahibkarlıq və Xidmət İnstitutu, Qırğızıstan Beynəlxalq Universiteti,  Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti ilə tərəfdaş qismində əməkdaşlıq edir.  Qeyd edək ki, layihənin partnyorları sırasında Azərbaycan Respublikası Təhsil Nazirliyi, Urayna, Tacikistan və Qırğızıstan Respublikası Təhsil Nazirlikləri də vardır. 
Tərəfdaş universitet kimi SDU-nun layihə çərçivəsində fəaliyyətinin şəffaflığı müsbət qiymətləndirilmiş, universitet rəhbərliyinin, xüsusilə də SDU-nun rektoru beynəlxalq əlaqələr sahəsində böyük təcrübəyə malik olması bu layihənin uğurla həyata keçrilməsinə şərait yaratmışdır. Həmçinin müzakirədə universitet rəhbərinin digər beynəlxalq layihələrə də diqqət və maraq göstərdiyini, universitetin beynəlxalq fəaliyyətinin genişlənməsinə xüsusi önəm verməsi vurğulanmışdır. Görüş zamanı layihənin işçi qrupunun yaradıcı münasibət və işgüzarlığı müsbət qiymətləndirlimişdir. Sonda xatirə şəkilləri çəkilmişdir.                                                                                                                                                                                                                                                                                
                                                                                                                                                                                                                                                                                SDU-nun Mətbuat Xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az