Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ABŞ-ın Fulbrayt Proqramının müəllimi Sumqayıt Dövlət Universitetində müəllimlərimizlə çiyin-çiyinə çalışır
ABŞ-ın Fulbrayt Proqramının müəllimi Sumqayıt Dövlət Universitetində müəllimlərimizlə çiyin-çiyinə çalışır

Hər bir ölkənin iqtisadiyyatının dinamik inkişafı, onun uğurlu gələcəyi, inkişaf etmiş ölkələr sırasına daxil olması həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörənliklə söylədiyi "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir... Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır ".
Məlumdur ki, tanınmış universitetlərin əsas gücü onların peşəkar və təcrübəli müəllim kontingenti ilə müəyyənləşdiriliməklə yanaşı, hər bir nüfuzlu ali məktəb peşəkar professor-müəllim heyətinə sahib olmaq istəyir. Bütün bunları rəhbər tutaraq SDU rəhbərliyi də təcrübəli və savadlı kadrların elmi potensialından istifadə edərək tələbələrin bilik və təcrübələrinin yüksək inkişafına zəmin yaradır.
SDU-da ABŞ-ın Fulbrayt tələbə mübadiləsi proqramının iştirakçısı Dana Donohyu Filologiya fakültəsində ingilis dili müəllimlərinin assistenti kimi fəaliyyət göstərdiyini, bu işindən məmnun olduğunu və həvəslə çalışdığını vurğulayır. Bu günlərdə Dana Donohyu redaksiyamızın qonağı oldu və bir akademik il ərzində görəcəyi işlərlə bağlı müsahibə verdi.
İlk öncə bu gözəl şansa görə ABŞ hökümətinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə və SDU-nun rektoru cənab Elxan Hüseynova öz dərin təşəkkürünü bildirdi.
Fulbrayt proqramı 1945-ci ildən həyata keçirilməyə başlamışdır. Bu proqramın yaradılması ABŞ senatoru C.Vilyam Fulbraytın adı ilə bağlıdır. 1945-ci ildə senator Fulbrayt ABŞ Senatına "Təhsil, mədəniyyət və elm sahələrində beynəlxalq tələbə mübadiləsinə" dövlət dəstəyini təmin edən qanun layihəsi təqdim etmişdir. Bu layihə ABŞ Senatı tərəfindən qəbul edildiyi gündən Fulbrayt proqramı çərçivəsində ABŞ Universitetlərinin məzunları, professorları və ingilis dili mütəxəssisləri dünyanın 72 ölkəsində dərs demək və elmi-tədqiqat işləri aparmaq hüququ qazanırlar.
Bu il mənim də bəxtim gətirdi və mən ETA (English Teacher Assistant-İngilis dili müəlliminin köməkçisi) proqramının qalibi oldum və Azərbaycana gələn 4 Fulbrayt proqramının qalibləri sırasına düşdüm. Bizim bu proqram çərçivəsində vəzifəmiz təcrübəli ingilis dili müəllimlərinə dərs prosesində və dərsdən kənar fəaliyyətlərində kömək göstərmək və ətrafımızdakı insanlarla ünsiyyət quraraq ABŞ-Azərbaycan xalqları arasında ikitərəfli anlaşmanı və dostluq əlaqələrini genişləndirməkdir.
İngilis dili müəlliminin assistenti kimi SDU-ya göndərilmişəm. Mən ABŞ-ın paytaxtı Vaşinqton, D.C şəhərindənəm. 2014-cü ilin may ayında Ohayo ştatında yerləşən Oberlin kollecini bitirərək bakalavr dərəcəsi almışam. Mən SDU-da bir akademik kimi fəaliyyət göstərəcəyəm. Proqram çərçivəsində ingilis dili müəllimlərinə yardımçı olmaqla yanaşı, "Conversation Class" (Danışıq dərsi) aparmağı planlaşdırmışıq. "Danışıq dərsləri" həm müəllimlər, həm də tələbələr üçün aparılacaq.
Cəmiyyətə xidmət olaraq, mən ABŞ Təhsil sistemində könüllü işçi kimi Birləşmiş Ştatlarda təhsil almaq istəyən tələbələrə məsləhətlər verirəm. Mən SDU-nun kollektivindən aldığım xoş münasibətdən və belə maraqlı, gözəl ölkədə olduğumdan məmnunam. Ümid edirəm ki, Amerika mədəniyyəti haqqında biliklərimi tələbələrlə paylaşacam və Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti haqqında çox şeyləri öyrənəcəm.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az