Əsas səhifə | Xəbərlər | Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru SDU-nun qonağı oldu
Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru SDU-nun qonağı oldu
Bu günlərdə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim və tələbə heyəti Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi ilə görüşmüşdür. Görüşün nəticəsi olaraq iyunun 11-də məktəbin direktoru Zamin Həziyev Sumqayıt Dövlət Universitetinin qonağı oldu.
Qonağı salamlayan SDU-nun rektoru professor Elxan Hüseynov onun universitetə gəlişindən şad olduğunu bildirdi. Qeyd etdi ki, 2016-cı ilin aprel döyüşləri Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağını, xalqın arzu və istəyini reallaşdıracaq ordumuzun şəxsi heyətinin daim döyüşə hazır olduğunu göstərdi. Aprel zəfəri sübut etdi ki, Azərbaycan Ordusunun şəxsi heyəti istənilən an Böyük Qələbəni də qazanmağa qadirdir. Məhz bu qələbənin nəticəsində ordumuz bir sıra strateji yüksəklikləri və yaşayış məntəqəsini düşməndən azad etməklə, üstünlüyü təmin etdi. İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə abadlıq və quruculuq işləri aparılır. Əlbəttə, bu böyük qayıdışın başlanğıcıdır. İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz tezliklə bərpa olunacaq.
Məktəbin direktoru Zamin Həziyev universitetin bir qrup professor-müəllim və tələbə heyətinin Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi ilə görüşündən məmnun qaldığını, SDU-nun hədiyyə etdiyi məktəb ləvazimatlarının şagirdlərin böyük marağına səbəb olduğunu qeyd etdi. Faydalı və xeyirxah təşəbbüsə görə professor Elxan Hüseynova, o cümlədən İqtisadiyyat və idaretmə fakültəsinin professor-müəllim və tələbə heyətinə öz minnətdarlığını ifadə etdi və rektor professor Elxan Hüseynova təşəkkür məktubunu təqdim etdi.
 
 
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az